Tələblər:
- Mexatronika, robototexnika, elektronika və ya əlaqəli sahə üzrə bilik və təcrübə
- Şagirdlərlə işləmək və dərs keçmək bacarığı
- Robototexnika və praktiki layihələr üzrə təcrübə
- Texniki layihələrin hazırlanması və həyata keçirilməsi üzrə təcrübə üstünlükdür
- Beynəlxalq və yerli olimpiadalarda, texniki yarışlarda iştirak və ya şagirdlərin bu yarışlara hazırlanması təcrübəsi üstünlükdür
- Məsuliyyətli və yaradıcı yanaşma
- Rus və ingilis dillərində sərbəst danışıq və dərs keçmə bacarığı mütləqdir
- Müasir tədris metodlarından istifadə bacarığı
Vəzifələr:
- Şagirdlərə mexatronika üzrə nəzəri və praktiki dərslərin keçirilməsi
- Mexatronika və robototexnika üzrə layihələrin hazırlanması və həyata keçirilməsi
- Şagirdlərin texniki, məntiqi və mühəndislik bacarıqlarının inkişaf etdirilməsi
- Şagirdlərin bilik və nəticələrinin izlənilməsi
- Şagirdlərin texniki layihələrə, olimpiadalara və robototexnika yarışlarına hazırlanması
İş qrafiki: Razılaşma əsasında
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.