MAFFIN.tech olaraq AI inteqrasiyalı yeni nəsil təhsil və imtahan platforması qurduq. Məqsədimiz — fərdiləşdirilmiş, analitik əsaslı və ölçülə bilən öyrənmə ekosistemi formalaşdırmaqdır.
Biz bu platformanı növbəti mərhələyə daşıyacaq EdTech Growth & Strategy Lead axtarırıq.
Məhsul Haqqında
Platformamız aşağıdakı əsas istiqamətləri birləşdirir:
AI-Powered Learning Engine
- Fərdiləşdirilmiş öyrənmə yolu, avtomatik test generasiyası və bilik boşluğu analizi
Smart Exam & Certification System
- Real vaxt nəticə analitikası, avtomatik qiymətləndirmə və sertifikasiya modulu
Corporate & Training Marketplace
- Təlimçilər və korporativ şirkətlər üçün monetizasiya və daxili akademiya modeli
Advanced Analytics Dashboard
- İstifadəçi aktivliyi, engagement və performans göstəricilərinin ölçülməsi
Platforma lokal bazar üçün hazırlanıb, lakin regional genişlənmə potensialına malikdir.
Vəzifə Öhdəlikləri
- Mövcud platformanın inkişaf strategiyasının icrası və genişləndirilməsi
- Growth və monetizasiya modelinin formalaşdırılması
- PR və marketinq fəaliyyətlərinin planlanması və idarə olunması
- Təlimçilər, universitetlər və korporativ tərəfdaşlarla əməkdaşlıq qurulması
- İstifadəçi artımı və platforma aktivliyinin artırılması
- Platformanın bazar mövqeləndirilməsinin formalaşdırılması
Tələblər
- Təhsil sektorunda iş təcrübəsi
- Ali təhsil (idarəetmə, marketinq, təhsil və ya uyğun sahə)
- Güclü kommunikasiya və təqdimat bacarığı
- Analitik düşünmə və KPI əsaslı idarəetmə bacarığı
- Nəticəyönümlü və təşəbbüskar yanaşma
Təklif Edirik
- İnnovativ AI əsaslı layihədə strateji rol
- Peşəkar inkişaf və genişlənmə imkanı
- Məhsul gəlirindən pay (Revenue Share modeli)
- Uğura bağlı bonus mexanizmi
İş şəraiti:
- İş yeri: Bakı
- İş qrafiki: Tam iş günü (09:00 – 18:00)
- Rəsmi əmək müqaviləsi
- Əmək haqqı: Müsahibə əsasında
Mövzu hissəsində “EdTech Growth & Strategy Lead” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.