Maffin Tech Solutions komandası genişlənir! Sosial media sahəsində təcrübəli, kreativ və nəticəyönümlü bir neçə sosial media səhifəsinin idarə olunması üçün SMM mütəxəssisi axtarırıq.
Tələblər:
- Sosial media hesablarının gündəlik və aktiv idarə olunması
- Post, Reels və digər məzmunların hazırlanması və paylaşılması
- Canva və CapCut proqramlarında işləmək bacarığı (Video çəkiliş və montaj bacarığı vacibdir)
- Kreativ düşüncə tərzi və səhifələri günün trendlərinə uyğun idarə etmək
- Photoshop, Illustrator bilikləri (üstünlükdür)
- Meta Ads platformasında reklam yaratmaq və idarə etmək bacarığı (üstünlükdür)
İş şəraiti:
- İş yeri: Bakı ş.
- İş qrafiki: Tam iş günü (09:00 – 18:00)
- İstirahət günləri: Şənbə və Bazar (sadəcə paylaşımların olmasına nəzarət)
- Rəsmi əmək müqaviləsi
- Əmək haqqı: Müsahibə əsasında
- Dinamik və inkişaf yönümlü komanda
CV-nizi mövzu hissəsində “SMM Mütəxəssisi” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.