Vakansiya: Data Analitik (Marketinq)
Əməkhaqqı: 1500 AZN
İş qrafiki: Tam iş günü
İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
Satış və ticari marketinq üzrə məlumatların toplanması, təhlili və hesabatların hazırlanması;
Satış komandalarından daxil olan analitik tələblərin qəbul edilməsi və vaxtında icrasına nəzarət;
Verilən tapşırıqların yerinə yetirilməsini izləmək və aidiyyəti şöbələrlə koordinasiyanı təmin etmək;
Excel və Power BI vasitəsilə hesabat və vizuallaşdırmalar hazırlamaq;
Satış göstəricilərini, kampaniyaların effektivliyini və bazar performansını analiz etmək;
Məlumatlarda uyğunsuzluq və mübahisəli halları operativ araşdırmaq, səbəblərini müəyyən edib həlli istiqamətində tədbirlər görmək;
Rəhbərlik üçün analitik təqdimatlar və qərarverməni dəstəkləyən hesabatlar hazırlamaq.
Namizədə tələblər:
Ali təhsil;
Ticari marketinq və ya satış sahəsində Data Analitik kimi minimum 1 il iş təcrübəsi
Marketinq sahəsində təcrübə üstünlükdür;
Microsoft Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, Power Query, mürəkkəb formulalar və s.);
Power BI proqramında peşəkar işləmək bacarığı;
Analitik düşünmə, yüksək diqqətlilik və məsuliyyətlilik;
Məlumatlarla işləməyi sevən, operativ qərarvermə və problem həll etmə bacarığı.
Şirkət təklif edir:
Əməkhaqqı: 1500 AZN;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
Dinamik və peşəkar komandada çalışma imkanı.
Qeyd: Marketinq və ya satış kökənli namizədlərə üstünlük veriləcək. Excel və Power BI bilikləri yüksək səviyyədə olan, məlumatların analizi və hesabatların hazırlanması üzrə təcrübəli namizədlərin müraciəti gözlənilir.
Uyğun namizədlər CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər . [email protected]
Mövzu hissəsində "Data analtik" qeyd olunması xahiş olunur