Şirkətimiz komandasına məsuliyyətli, diqqətli və operativ Operator / Mühasib axtarır.
Əsas vəzifələr:
- Gündəlik alış, satış və anbar əməliyyatlarının sistemə düzgün daxil edilməsi;
- Bank əməliyyatlarının uçotunun aparılması;
- Müştəri sifarişlərinin sistemdə qeydiyyatı və izlənilməsi;
- Mühasibat sənədlərinin arxivləşdirilməsi və uçotunun aparılması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında icrası.
Namizədə tələblər:
- Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat sahəsində ali təhsil
- Operator və ya mühasib vəzifəsində minimum 1 il iş təcrübəsi;
- Mikro və MS Excel proqramını yaxşı səviyyədə bilmək;
- Mühasibat sənədləri ilə işləmək bacarığı;
- Diqqətli, məsuliyyətli, operativ və analitik düşüncə tərzinə malik olmaq;
- Komanda ilə işləmək və ünsiyyət bacarığı.
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00;
- Əməkhaqqı: 900-1000 Azn
- Rəsmi əmək müqaviləsi;
- Rahat və peşəkar iş mühiti.
Maraqlanan namizədlər CV-lərini "Operator / Mühasib" başlığı ilə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.