📢 VAKANSİYA – PROMO BƏY VƏ XANIM
"Magna İnşaat Materialları" MMC promo bəy və promo xanım vəzifəsi üzrə əməkdaşlar axtarır.
📍 İşin təsviri: • Təyin olunmuş satış nöqtələrini və obyektləri ziyarət etmək; • Müştərilərə şirkətin mobil tətbiqi haqqında məlumat vermək; • Mobil tətbiqin müştərilərin telefonlarına yüklənməsinə köməklik göstərmək; • Tətbiqdən istifadə qaydalarını izah etmək; • Müştərilərin suallarını cavablandırmaq; • Profil qutuları və profillər barədə məlumat vermək; • Şirkətin məhsul və xidmətlərinin tanıtımını həyata keçirmək.
📌 Tələblər: • Şəxsi minik avtomobilinin olması; • Ünsiyyət bacarığının yüksək olması; • Məsuliyyətli və aktiv olmaq; • Təcrübə arzuolunandır, lakin vacib deyil; • İş yerində təlim keçiriləcək.
💰 Əməkhaqqı və təminatlar: • Əməkhaqqı: 900 AZN • Avtomobil amortizasiyası: 100 AZN • Yanacaq limiti: 300 AZN
📧 Maraqlanan namizədlər CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər:
Mövzu hissəsində "Promo əməkdaşı" qeyd olunması xahiş olunur.