Magna Tikinti İnşaat Materialları Magna Tikinti İnşaat Materialları
  • 537

Magna Tikinti İnşaat Materialları

Строительство

Satış şöbəsinin müdiri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Satış şöbəsinin müdiri

  • Истекает 12 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şirkətimiz tikinti materiallarının satış fəaliyyətini idarə edəcək, satış strategiyasını formalaşdıracaq və satış komandasının effektiv fəaliyyətini təmin edəcək təcrübəli “Satış müdiri” axtarır.

İş şəraiti

  • Sektor: Tikinti Materialları
  • İş rejimi: 5 günlük 
  • Əmək haqqı: Razılaşma yolu ilə (Sabit Ə/H + bonus)

Vəzifə öhdəlikləri:

  • Şirkətin satış strategiyasının hazırlanması və icrasına rəhbərlik etmək;
  • Tikinti məhsullarının satış prosesinin planlaşdırılması və idarə olunması;
  • Satış komandasının fəaliyyətinin təşkili, idarə olunması və motivasiyası;
  • Satış planlarının hazırlanması və satış hədəflərinə nail olunmasının təmin edilməsi;
  • Bazarın, rəqiblərin və müştəri davranışlarının analiz edilməsi;
  • Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasının inkişaf etdirilməsi;
  • Strateji tərəfdaşlıqların qurulması və korporativ müştərilərlə danışıqların aparılması;
  • Satış göstəricilərinin təhlili və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
  • Marketinq və digər şöbələrlə koordinasiyalı fəaliyyətin təmin edilməsi.

Tələblər:

  • Azərbaycan dilində rahat ünsiyyət qurma bacarığı, rus dili və ingilis dili biliyi arzuolunandır .
  • Satış sahəsində minimum 10 il, o cümlədən satış müdiri vəzifədə  minimum 5 il;
  • Tikinti, plastik qapı pəncərə profili, boru, fitting və radiator sektorunda satış təcrübəsi üstünlükdür;
  • Satış strategiyasının hazırlanması və komanda idarəetməsi üzrə güclü bacarıqlar;
  • Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarıqları;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Dəqiqlik və yüksək məsuliyyət;

Yalnız tələblərə uyğun namizədlərin müraciətinə dönüş ediləcək. Tikinti sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir.

Uyğun namizədlər öz CV məlumatlarını başlıq hissəyə vakansiya adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya +994 55 213 11 23 nömrəsi ilə əlaqə saxlaya bilərlər

  • Daily85
  • Weekly521
  • Monthly1092