Beynəlxalq nəqliyyat-logistika şirkətinə iş təcrübəsi olan namizəd tələb olunur.
Namizədin vəzifələri:
- Şirkətə daxil olan yükdaşıma sorğularını cavablandıraraq sürücülərin tapılması;
- Daşımaların təşkili, marşrutlaşdırma, ekspedisiya işləri və s.;
- Yüklərin hərəkətinin bütün daşınma prosesi ərzində nəzarət və monitorinqi;
- Sənədlərlə işləmək bacarığı;
- Görülən işlərin məlumat bazasına daxil edilməsi.
Namizədə tələblər:
- Ali təhsil, düzgün şifahi və yazılı nitq;
- Yaş: 25-35 yaş aralığında;
- Öyrənmək və inkişaf etmək istəyi;
- Sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Stressə davamlılıq, məsuliyyətlilik, ünsiyyətcilik, diqqətlilik, təşəbbüskarlıq, çalışqanlıq.
İş şərtləri:
- Əmək haqqı: Əmək haqqı və bonuslar müsahibənin nəticələrinə əsasən müəyyən olunacaq.
- İş qrafiki: 5 günlük iş həftəsi, saat 10:00-dan 18:00-dək.
- İş yeri: Bakı şəhəri, Nəriman Nərimanov prospekti.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.