Anbardar

  • Истекает 14 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Peşəkar bacarıqlarına güvənən, özünü inkişaf etdirməyə maraqlı və dinamik iş mühitində uğur qazanmaq istəyən namizədləri “Main Steel” komandasının bir parçası olmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

  • Anbar təsərrüfatının idarə edilməsi və mal-materialların düzgün saxlanılmasını təmin etmək;
  • Anbara daxil olan mal-materialların qəbulunu, yerləşdirilməsini, mühafizəsini və anbardan buraxılmasını təşkil etmək;
  • Mal-materialların müşayiətedici sənədlərə uyğunluğunu yoxlamaq və müvafiq sənədləşməni aparmaq;
  • Materialların çeşidlənməsi, düzgün yerləşdirilməsi və komplektləşdirilməsini təmin etmək;
  • Anbarda mal-materialların uçotunu və hərəkəti ilə bağlı hesabatların aparılmasını təmin etmək;
  • Yükləmə-boşaltma işlərini və materialların anbar daxilində düzgün yerləşdirilməsini təşkil etmək;
  • Materialların xarab olmasının və itkilərin qarşısının alınması üçün mühafizə tədbirlərini həyata keçirmək;
  • Anbarda yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək.

Vakant vəzifə üzrə tələblər:

  • Ali təhsil
  • Yaş həddi: 25-45
  • Oxşar sahədə iş təcrübəsi
  • Office proqramlarında işləmək bacarığı (Excel biliyi yaxşı səviyyədə)
  • Xahiş edirik, yalnız Qobustan, Hacıqabul, Navahı, Ələt, və Qaradağ ərazisində yaşayan namizədlər müraciət etsinlər.

İş şəraiti:

  • Əmək haqqı – 900 AZN (net)
  • İş qrafiki: 6 gün
  • Nahar fasiləsi: 13:00 – 14:00.

Sizə nə təklif edirik?

  • Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
  • Nahar şirkət tərəfindən təmin edilməsi;

Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.

  • Daily45
  • Weekly183
  • Monthly1280