Odoo ERP üzrə mütəxəssis

  • Истекает 15 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Peşəkar bacarıqlarına güvənən, özünü inkişaf etdirməyə maraqlı və dinamik iş mühitində uğur qazanmaq istəyən namizədləri “Main Steel” komandasının bir parçası olmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

  • Odoo ERP sistemi üzərindən maliyyə və mühasibatlıq proseslərinin idarə olunması və optimallaşdırılmasında iştirak etmək;
  • Müxtəlif sistemlər arasında məlumatların inteqrasiyasını təmin etmək və məlumat mübadiləsi proseslərini koordinasiya etmək;
  • Maliyyə və mühasibatlıq əməliyyatlarının avtomatlaşdırılması üzrə həllərin hazırlanması və tətbiqində iştirak etmək;
  • Mövcud biznes proseslərini təhlil etmək, təkmilləşdirmə və avtomatlaşdırma imkanlarını müəyyənləşdirmək;
  • Odoo sistemində məlumatların düzgünlüyünə, tamlığına və ardıcıllığına nəzarət etmək;
  • Sistem üzrə yaranan texniki və funksional problemləri müəyyənləşdirmək, onların aradan qaldırılmasını təmin etmək;
  • Hesabatların hazırlanması və maliyyə məlumatlarının təhlili proseslərini dəstəkləmək;
  • Odoo sisteminin funksionallığının təkmilləşdirilməsi və biznes tələblərinə uyğunlaşdırılması üzrə təkliflər vermək.

Vakant vəzifə üzrə tələblər:

  • MS Office proqramlarında işləmək bacarığı;
  • Odoo ERP proqramı üzrə yüksək səviyyədə bilik və praktiki istifadə təcrübəsi;
  • Məlumatların inteqrasiyası və biznes proseslərinin avtomatlaşdırılması prinsiplərini bilmək;
  • Analitik düşünmə, problem həll etmə və məlumatlarla işləmə bacarığı;
  • Diqqətlilik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;
  • Yeni funksionallıqları öyrənmək və tətbiq etmək bacarığı.

İş şəraiti:

  • İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00;
  • Şənbə və bazar istirahət günləri;
  • Nahar fasiləsi: 13:00 – 14:00.

Sizə nə təklif edirik?

  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Karyera və inkişaf perspektivləri;
  • Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;

Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.

Ünvan: Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D

  • Daily36
  • Weekly479
  • Monthly1332