Tələblər və bacarıqlar:
- İstifadəçi interfeysi və istifadəçi təcrübəsi dizaynı üzrə ilkin biliklər
- Figma və ya oxşar dizayn alətlərində işləmə bacarığı
- Sadə dizayn prinsiplərini bilmək: grid (şəbəkə) quruluşu, komponentlər, düymə və formaların standart istifadəsi
- Layihə dizaynlarında vizual ardıcıllıq və naviqasiya prinsiplərini başa düşmək
- Yaradıcı düşüncə və yeni bilikləri öyrənməyə həvəs
Vəzifə öhdəlikləri:
- Mövcud layihələri inkişaf etdirmək və dizayn konsepsiyasını davam etdirmək
- Veb və mobil layihələr üçün UI dizayn elementləri hazırlamaq
- Komponentlərdən istifadə edərək dizaynları təkrarlana bilən və səliqəli etmək
- Prototiplər hazırlamaq və sadə istifadəçi testləri üçün hazır etmək
- Dizayn komandası və inkişafçılarla sıx əməkdaşlıq
Biz sənə nə təklif edirik:
- İş qrafiki: B.e – Cümə, 09:00 – 18:00
- Sabit əmək haqqı: 400 – 800 AZN
- Dinamik və yaradıcı iş mühiti, ideyalarını reallaşdırmaq üçün motivasiyalı komanda
- Şəhərin mərkəzində müasir və rahat ofis
- Layihələr üzərində işləyərək bacarıqlarını inkişaf etdirmək və portfolioni gücləndirmək
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Make UI/UX” qeyd edərək Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərə bilərlər.