Memar

  • Истекает 24 декабрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Layihələrin və baş planların zəruri düzəlişlərinin Azərbaycan Respublikasının qanunvericiliyinə, şəhərsalma və tikinti sahəsinə dair normativ sənədlərə, eləcə də əvvəlcədən müəyyən edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanması;
  • Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə nəzarət etmək, keyfiyyət və səmərəlilik göstəricilərini artırmaq, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunu təmin etmək;
  • Eskiz və işçi layihələrin hazırlanması;
  • Qeyri-yaşayış və ictimai binaların şəhərsalma və ekspertiza prosedurlarından keçirilməsi;

Tələblər:

  • Memarlıq üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • AutoCAD, ArchiCAD, Revit və digər müvafiq proqramlarda sərbəst işləmə bacarığı;
  • Layihələndirmə və texniki rəsmlərin hazırlanması üzrə geniş təcrübə;
  • Kreativ düşüncə və estetik baxış;
  • Tikinti və memarlıq sahəsində normativlər və standartlar haqqında biliklər;
  • Yüksək səviyyədə təşkilatçılıq və vaxtın idarə edilməsi bacarığı;
  • Komandada işləmə bacarığı.

İş şərtləri və təminatlar:

  • İş qrafiki: Həftə içi 6 gün,
  • Könüllü tibbi həyat sığortası.
  • Korperativ mobil nömrə.
  • Rəqabətli əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən edilir);
  • İş yeri ünvanı Bakı şəhəri Səməd Vurğun 43 World Business Center

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Memar” yazaraq Müraciət Et düyməsində göstərilən göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Daily127
  • Weekly127
  • Monthly1772