MAKRO 2000 Yapı İnşaat Anonim Şirkətnin Azərbaycan Respublikasındakı Filialında Ofis Sürücüsü vəzifəsinə namizəd axtarırıq.
Vəzifə öhdəlikləri:
- Rəhbərliyin və ofisin nəqliyyatla bağlı gündəlik xidmətlərinin təmin edilməsi;
- Ofis tərəfindən verilən sənədlərin, məktubların və digər tapşırıqların təyin olunmuş ünvanlara vaxtında çatdırılması;
- Rəhbərliyin və əməkdaşların xidməti zərurətlə bağlı şəhərdaxili və lazım olduqda regionlara səfərlərinin həyata keçirilməsi;
- Avtomobilin texniki vəziyyətinə, sazlığına, təmizliyinə və təhlükəsiz istismarına daim nəzarət edilməsi;
- Avtomobilin vaxtında texniki baxış və servis işlərinin həyata keçirilməsinə nəzarət;
- Yol hərəkəti qaydalarına və təhlükəsizlik normalarına ciddi riayət edilməsi;
- İş vaxtının və marşrutların səmərəli planlaşdırılması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında, dəqiq və məsuliyyətlə yerinə yetirilməsi;
Tələblər:
- Rəhbər sürücüsü vəzifəsində minimum 3 il iş təcrübəsinə malik olmalı.
- “B” kateqoriyalı sürücülük vəsiqəsi
- Orta təhsil (ali təhsil üstünlükdür)
- Bakı şəhərinin yollarını yaxşı tanımaq
- Yaş: 25 – 45 yaş arası
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq
Təklif olunan şərait və təminatlar:
- Könüllü tibbi sığorta
- Şirkət nömrəsi
- Əmək haqqı 900 AZN
- İş qrafiki 6 günlük
- İş yeri Bakı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Ofis Sürücüsü” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.