“MAKRO 2000 Yapı İnşaat Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı “SƏTƏM” vəzifəsi üzrə vakansiya elan edir:
İş yeri: Kəlbəcər və Ağdam
Vəzifə öhdəlikləri:
- Layihə sahəsində SƏTƏM inspeksiyaları aparmaq və müşahidələri yerində qeyd etmək.
- Gündəlik sahə müşahidələri əsasında uyğunsuzluqları (NCR) müəyyən etmək və izləmək.
- Düzəldici və qabaqlayıcı tədbirlərin (Corrective/Preventive Actions) həyata keçirilməsini sahədə izləmək.
- Sahədən toplanan məlumatlar əsasında SƏTƏM göstəricilərini təhlil etmək və hesabatları hazırlamaq.
- Sahədə keçirilən təlim və brifinqlərin qeydiyyatını aparmaq.
- Hadisə və qəzalarla bağlı məlumatları toplayaraq statistik təhlilini aparmaq.
- Sahədə çalışan SƏTƏM əməkdaşlarına tapşırıq və məlumatları vaxtında çatdırmaq.
- SƏTƏM prosedurlarının və təlimatlarının tətbiqini sahədə təmin etmək.
- Risk qiymətləndirmə sənədlərinin sahədə qeydiyyatını aparmaq və yeniləməsini izləmək.
- ISO 45001 və ISO 14001 standartları üzrə sahədəki sənədləri izləmək və yeniləmək.
Tələblər:
- SƏTƏM sahəsində sahə təcrübəsi (2 il)
- ISO 45001 və ISO 14001 standartları üzrə bilik üstünlükdür.
- MS Office proqramlarında işləmək bacarığı.
- Analitik düşüncə və sistemli yanaşma.
- Sahədə aktiv işləməyi sevən, məsuliyyətli və komanda ruhlu.
- Ərazi şəraitində işləməyə hazır olmaq.
- Yaş həddi 25-50
Təminatlar:
- Könüllü tibbi sığorta.
- Şirkət nömrəsi.
Şərtlər:
- İş qrafiki 6 gün.
- Qidalanma şirkət tərəfindən qarşılanır.
- Qalmaq üçün yer şirkət tərəfindən qarşılanır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “SƏTƏM” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.