Texniki ofis mühəndisi (Ağdam rayonu)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Texniki ofis mühəndisi (Ağdam rayonu)

  • Deadline 13 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

MAKRO 2000 Yapı İnşaat Anonim Şirketi »nin Azərbaycan Respublikasındakı Filialı “Texniki ofis mühəndisi” vəzifəsi üzrə vakansiya elan edir:  

İş yeri: Ağdam rayonu

Vəzifə öhdəlikləri:

  • Layihə üzrə bütün texniki sənədlərin hazırlanması və idarə olunması;
  • Həcmlərin (BOQ) hesablanması və icra ilə müqayisəsi;
  • Gündəlik, həftəlik və aylıq istehsalat hesabatlarının hazırlanması;
  • Sahədən gələn məlumatların analiz olunması və sənədləşdirilməsi;
  • Subpodratçıların gördüyü işlərin ölçülməsi və təsdiqi;
  • Variation (əlavə işlər) sənədlərinin hazırlanması və izlənməsi;
  • İcra aktları, ölçü jurnalları və digər texniki sənədlərin hazırlanması;
  • Şantiyə üzrə satınalmaların planlaşdırılması və həmin planın icrasına nəzarət;
  • Satınalma prosesləri ilə bağlı aidiyyəti işlərin təşkili və koordinasiyası;
  • Şantiye və mərkəzi Texniki Ofis departamentinə mütəmadi hesabatların təqdim edilməsi;
  • Layihə rəhbəri və sahə komandası ilə koordinasiya;

Tələblər:

  • Ali təhsil (İnşaat mühəndisliyi üstünlükdür)
  • Minimum 3-5 il tikinti sahəsində təcrübə (yol / infrastruktur / bina fərq etmir)
  • AutoCAD, Excel və digər mühəndis proqramlarında işləmə bacarığı;
  • Layihə oxuma və analiz etmə bacarığı;
  • Sahə və ofis koordinasiyasını idarə edə bilmək;
  • Məsuliyyətli, dəqiq və operativ olmaq;

Təminatlar:

  • Qidalanma şirkət tərəfindən qarşılanır;
  • Qalmaq üçün yer şirkət tərəfindən qarşılanır;
  • Könüllü tibbi həyat sığortası;
  • Korperativ mobil nömrə;
  • Rəqabətli əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən edilir)

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Texniki ofis mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Daily56
  • Weekly359
  • Monthly1165