MAKRO 2000 Yapı İnşaat Anonim Şirkəti-nin Azərbaycan Respublikasındakı Filialı “Xadimə” vəzifəsi üzrə vakansiya elan edir:
Vəzifə öhdəlikləri:
- Ofis otaqlarında, dəhlizlərdə, sanitar qovşaqlarında və ümumi istifadə yerlərində gündəlik təmizlik işlərini həyata keçirmək;
- Zibil qutularını boşaltmaq, tullantıları təyin olunmuş yerə atmaq;
- Sanitar qovşaqlarda sabun, salfet, tualet kağızı və digər gigiyena vasitələrinin mövcudluğuna nəzarət etmək;
- İş mühitində gigiyena standartlarına əməl olunması;
Tələblər:
- Yaş həddi: 30-45 yaş;
- Xanım namizədlər müraciət edə bilər;
- İş təcrübəsi ən azı 1 il ofis təmizliyi təcrübəsi;
- Səliqəli və məsuliyyətli olmaq;
- Mehriban və kollektivlə işləmə bacarığı;
- Gigiyena qaydalarına riayət etmək;
- Uzun müddətli işləməyə meyilli olmali;
İş şərtləri:
- İş qrafiki: Həftə içi 6 gün;
- Əmək haqqı Net 600 AZN;
- İş yeri ünvanı Bakı şəhəri Səməd Vurğun 43 World Business Center;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Xadimə” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.