Biznesin İnkişafı üzrə Menecer
Business Development Manager – Pharmaceutical Sector
Makromed əczaçılıq sektorunda yeni müştərilərin cəlb edilməsi, yerli və beynəlxalq biznes əlaqələrinin genişləndirilməsi məqsədilə Biznesin İnkişafı üzrə Menecer axtarır.
Əsas vəzifələr
- Yerli və xarici bazarlarda yeni müştəri və biznes tərəfdaşlarının tapılması;
- Əczaçılıq şirkətləri, istehsalçılar və distributorlarla əlaqələrin qurulması;
- Şirkətin xidmətlərinin təqdim edilməsi və kommersiya danışıqlarının aparılması;
- Kommersiya təkliflərinin hazırlanması və müqavilənin bağlanmasına qədər prosesin idarə olunması;
- Mövcud müştərilərlə əməkdaşlığın inkişaf etdirilməsi;
- Yeni bazar və biznes imkanlarının araşdırılması;
- Satış və Business Development proseslərinin sistemli şəkildə idarə olunması;
- Beynəlxalq sərgi, konfrans və biznes görüşlərində şirkətin təmsil olunması;
- Müəyyən edilmiş biznes və satış hədəflərinə nail olunması.
Namizədə tələblər
- Ali təhsil – əczaçılıq, tibb, kimya və ya iqtisadiyyat ixtisasları üzrə;
- Business Development, B2B satış və ya əlaqəli sahədə iş təcrübəsi;
- Əczaçılıq sektorunda təcrübə üstünlükdür;
- Yeni müştərilərin cəlb edilməsi və işgüzar danışıqlar aparılması üzrə praktiki bacarıq;
- Əvvəlki fəaliyyətində əldə etdiyi real və ölçülə bilən nəticələri göstərə bilmək;
- Güclü kommunikasiya, təqdimat və danışıqlar bacarığı;
- Analitik və kommersiya düşüncəsi;
- Təşəbbüskar, məsuliyyətli və nəticəyönümlü olmaq.
Dil bilikləri
- İngilis dili – sərbəst danışıq və işgüzar ünsiyyət səviyyəsində mütləqdir;
- Rus dili biliyi üstünlükdür;
- Digər xarici dillərin bilinməsi əlavə üstünlük hesab olunur.
İngilis dilində sərbəst ünsiyyət qura bilməyən namizədlərdən müraciət etməmələri xahiş olunur.
Kompüter və texnologiya bacarıqları
- Microsoft Excel, Word və PowerPoint proqramları ilə işləmək bacarığı;
- CRM və digər biznes proqramları ilə işləmək bacarığı;
- Süni intellekt (AI) alətlərindən araşdırma, analiz, yazışma və iş proseslərində effektiv istifadə etmək bacarığı;
- Yeni proqram və texnologiyaları tez mənimsəmək qabiliyyəti.
Üstünlük veriləcək namizədlər
- Əczaçılıq sektorunda B2B satış və Business Development təcrübəsi olan;
- Xarici istehsalçılar və distributorlarla işləmiş;
- Dərman qeydiyyatı, Regulatory Affairs və Pharmacovigilance sahələri haqqında ümumi anlayışı olan;
- Beynəlxalq bazarlarda iş və danışıqlar təcrübəsinə malik;
- Əczaçılıq sektorunda formalaşmış biznes əlaqələri olan namizədlər.
İş şəraiti
- İş qrafiki: həftədə 5 gün;
- İş saatı: 09:00–18:00;
- İş yeri: Bakı şəhəri, Nəsimi metrosunun yaxınlığı;
- Xarici şirkətlər və beynəlxalq layihələrlə işləmək imkanı;
- Əmək haqqı namizədin təcrübəsi, bacarığı və əvvəlki nəticələrinə uyğun müəyyən edilir;
- Nəticəyə əsaslanan bonus sistemi nəzərdə tutula bilər.
Müraciət qaydası
Namizədlər CV-lərini “Business Development Manager” başlığı ilə təqdim edə bilərlər.
CV-də əvvəlki vəzifələrlə yanaşı, əldə edilmiş konkret biznes nəticələrinin, cəlb edilmiş müştərilərin və uğurlu layihələrin qeyd olunması arzuolunandır.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.