Biznesin İnkişafı üzrə Menecer

  • Истекает 8 сентябрь 2026

Biznesin İnkişafı üzrə Menecer

Business Development Manager – Pharmaceutical Sector

Makromed əczaçılıq sektorunda yeni müştərilərin cəlb edilməsi, yerli və beynəlxalq biznes əlaqələrinin genişləndirilməsi məqsədilə Biznesin İnkişafı üzrə Menecer axtarır.

Əsas vəzifələr

  • Yerli və xarici bazarlarda yeni müştəri və biznes tərəfdaşlarının tapılması;
  • Əczaçılıq şirkətləri, istehsalçılar və distributorlarla əlaqələrin qurulması;
  • Şirkətin xidmətlərinin təqdim edilməsi və kommersiya danışıqlarının aparılması;
  • Kommersiya təkliflərinin hazırlanması və müqavilənin bağlanmasına qədər prosesin idarə olunması;
  • Mövcud müştərilərlə əməkdaşlığın inkişaf etdirilməsi;
  • Yeni bazar və biznes imkanlarının araşdırılması;
  • Satış və Business Development proseslərinin sistemli şəkildə idarə olunması;
  • Beynəlxalq sərgi, konfrans və biznes görüşlərində şirkətin təmsil olunması;
  • Müəyyən edilmiş biznes və satış hədəflərinə nail olunması.

Namizədə tələblər

  • Ali təhsil – əczaçılıq, tibb, kimya və ya iqtisadiyyat ixtisasları üzrə;
  • Business Development, B2B satış və ya əlaqəli sahədə iş təcrübəsi;
  • Əczaçılıq sektorunda təcrübə üstünlükdür;
  • Yeni müştərilərin cəlb edilməsi və işgüzar danışıqlar aparılması üzrə praktiki bacarıq;
  • Əvvəlki fəaliyyətində əldə etdiyi real və ölçülə bilən nəticələri göstərə bilmək;
  • Güclü kommunikasiya, təqdimat və danışıqlar bacarığı;
  • Analitik və kommersiya düşüncəsi;
  • Təşəbbüskar, məsuliyyətli və nəticəyönümlü olmaq.

Dil bilikləri

  • İngilis dili – sərbəst danışıq və işgüzar ünsiyyət səviyyəsində mütləqdir;
  • Rus dili biliyi üstünlükdür;
  • Digər xarici dillərin bilinməsi əlavə üstünlük hesab olunur.

İngilis dilində sərbəst ünsiyyət qura bilməyən namizədlərdən müraciət etməmələri xahiş olunur.

Kompüter və texnologiya bacarıqları

  • Microsoft Excel, Word və PowerPoint proqramları ilə işləmək bacarığı;
  • CRM və digər biznes proqramları ilə işləmək bacarığı;
  • Süni intellekt (AI) alətlərindən araşdırma, analiz, yazışma və iş proseslərində effektiv istifadə etmək bacarığı;
  • Yeni proqram və texnologiyaları tez mənimsəmək qabiliyyəti.

Üstünlük veriləcək namizədlər

  • Əczaçılıq sektorunda B2B satış və Business Development təcrübəsi olan;
  • Xarici istehsalçılar və distributorlarla işləmiş;
  • Dərman qeydiyyatı, Regulatory Affairs və Pharmacovigilance sahələri haqqında ümumi anlayışı olan;
  • Beynəlxalq bazarlarda iş və danışıqlar təcrübəsinə malik;
  • Əczaçılıq sektorunda formalaşmış biznes əlaqələri olan namizədlər.

İş şəraiti

  • İş qrafiki: həftədə 5 gün;
  • İş saatı: 09:00–18:00;
  • İş yeri: Bakı şəhəri, Nəsimi metrosunun yaxınlığı;
  • Xarici şirkətlər və beynəlxalq layihələrlə işləmək imkanı;
  • Əmək haqqı namizədin təcrübəsi, bacarığı və əvvəlki nəticələrinə uyğun müəyyən edilir;
  • Nəticəyə əsaslanan bonus sistemi nəzərdə tutula bilər.

Müraciət qaydası

Namizədlər CV-lərini “Business Development Manager” başlığı ilə təqdim edə bilərlər.

CV-də əvvəlki vəzifələrlə yanaşı, əldə edilmiş konkret biznes nəticələrinin, cəlb edilmiş müştərilərin və uğurlu layihələrin qeyd olunması arzuolunandır.

Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily4
  • Weekly584
  • Monthly601