İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi 203C, AZ1114, Nəsimi metrosunun yaxınlığı
- İş qrafiki: 09:00–18:00, həftənin 5 günü
- Əmək haqqı:700-1200
Əsas vəzifə öhdəlikləri
- Şirkətin gündəlik maliyyə əməliyyatlarının izlənilməsi və sistemləşdirilməsi;
- Gəlir və xərclərin uçotunun aparılması;
- Ödənişlərin, hesab-fakturaların və müqavilə üzrə maliyyə öhdəliklərinin izlənilməsi;
- Müştərilər və tərəfdaşlarla hesablaşmaların nəzarətdə saxlanılması;
- Debitor və kreditor borcların izlənilməsi və rəhbərliyə mütəmadi məlumat verilməsi;
- Bank əməliyyatları, köçürmələr və ödəniş tapşırıqları üzrə sənədlərin hazırlanmasına dəstək;
- Maliyyə hesabatlarının, daxili cədvəllərin və analitik məlumatların hazırlanması;
- Müqavilələr üzrə ödəniş qrafiklərinin izlənilməsi;
- Aylıq gəlir-xərc hesabatlarının hazırlanması;
- Vergi, mühasibatlıq və maliyyə sənədlərinin düzgün arxivləşdirilməsi;
- Mühasibatlıq və vergi məsələləri üzrə aidiyyəti şəxslərlə koordinasiyanın aparılması;
- Şirkətin daxili proqram təminatında maliyyə məlumatlarının işlənməsi;
- Rəhbərlik tərəfindən verilən maliyyə və inzibati xarakterli tapşırıqların icrası.
Tələblər
- Ali təhsil;
- Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə təhsil üstünlük hesab olunur;
- Maliyyə, mühasibatlıq və ya oxşar sahədə iş təcrübəsi üstünlükdür;
- Gəlir-xərc uçotu, ödənişlərin izlənilməsi və hesabatlılıq üzrə biliklər;
- MS Excel və MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
- Cədvəllərlə, rəqəmlərlə və sənədlərlə dəqiq işləmək bacarığı;
- Müqavilə, hesab-faktura və ödəniş sənədləri ilə işləmək bacarığı;
- Daxili proqram təminatı ilə işləməyə hazır olmaq;
- İngilis və rus dili biliyi üstünlük hesab olunur.
Fərdi keyfiyyətlər
- Məsuliyyətli, diqqətli və dəqiq olmaq;
- Analitik düşünmə bacarığı;
- Sistemli və planlı işləmək;
- Rəqəmlərlə işləməkdə diqqətli olmaq;
- Konfidensial məlumatlarla işləmək bacarığı;
- Komanda ilə işləmək və düzgün kommunikasiya qurmaq;
- Tapşırıqları vaxtında və keyfiyyətli icra etmək;
- Yeni bilik və proqramları öyrənməyə açıq olmaq.
Namizədlər CV-lərini “Maliyyə meneceri” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər:
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.