Ofis meneceri

  • Истекает 18 июнь 2026

Şirkət haqqında

“Makromed” MMC əczaçılıq və səhiyyə sahəsində ixtisaslaşmış peşəkar konsaltinq şirkətidir. Şirkət dərman vasitələrinin, tibbi vasitələrin, qida əlavələrinin və kosmetik məhsulların qeydiyyatı, farmakonəzarət, lisenziyalaşdırma, GMP/GDP auditlərinə hazırlıq, əczaçılıq anbarlarının və klinikaların layihələndirilməsi üzrə xidmətlər göstərir.

Makromed yerli və xarici əczaçılıq şirkətləri ilə əməkdaşlıq edir və fəaliyyətini davamlı şəkildə genişləndirir. Şirkətdə iş proseslərinin daha sistemli idarə olunması üçün daxili proqram təminatından istifadə edilir. Yeni əməkdaşlara daxili iş qaydaları və proqram təminatı üzrə praktiki təlim keçirilir.

Vəzifə: Ofis meneceri

İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi 203C, AZ1114, Nəsimi metrosunun yaxınlığı

İş qrafiki: 09:00–18:00, həftənin 5 günü

 

Əsas vəzifə öhdəlikləri

  • Ofisin gündəlik inzibati fəaliyyətinin təşkilinə dəstək göstərmək;
  • Qonaqların qarşılanması və düzgün istiqamətləndirilməsini təmin etmək;
  • Telefon zəngləri və daxil olan müraciətlərin cavablandırılması;
  • Görüşlərin təşkili, iclas otağının hazırlanması və ofisdaxili koordinasiyanın aparılması;
  • Rəhbərlik və əməkdaşlara gündəlik inzibati məsələlərdə dəstək göstərmək;
  • Gələn və gedən sənədlərin qeydiyyatı, yönləndirilməsi və arxivləşdirilməsi;
  • Ofis ləvazimatlarının, təsərrüfat və gündəlik istifadə vasitələrinin izlənilməsi;
  • Kuryer, poçt və çatdırılma işlərinin koordinasiyası;
  • Ofisdə səliqə-sahman və ümumi iş mühitinə nəzarət;
  • Daxili kommunikasiya və ofisdaxili təşkilati məsələlərin koordinasiyası;
  • Şirkətin daxili proqram təminatında müvafiq məlumatların işlənməsi;
  • Lazım olduqda sadə hesabatların, siyahıların və gündəlik iş qeydlərinin hazırlanması.
  •  

Namizədə tələblər

  • Ali təhsil;
  • Ofis meneceri, inzibati köməkçi, resepsion və ya oxşar vəzifədə iş təcrübəsi üstünlük hesab olunur;
  • MS Office proqramları ilə işləmək bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
  • Sənədlərlə işləmək və məlumatları düzgün qeyd etmək bacarığı;
  • Telefon danışıqları və işgüzar yazışma mədəniyyəti;
  • Daxili proqram təminatı ilə işləməyə hazır olmaq;
  • İngilis və rus dili biliyi üstünlük hesab olunur.

 

Fərdi keyfiyyətlər

  • Səliqəli, məsuliyyətli və diqqətli olmaq;
  • Ünsiyyətcil və nəzakətli davranış;
  • Təşkilatçılıq və koordinasiya bacarığı;
  • Tapşırıqları vaxtında və düzgün yerinə yetirmək;
  • Komanda ilə işləmək bacarığı;
  • İş proseslərinə operativ yanaşmaq;
  • Yeni bilik və proqramları öyrənməyə açıq olmaq;
  • Konfidensial məlumatlara məsuliyyətlə yanaşmaq.

Müraciət qaydası

Namizədlər CV-lərini “Ofis meneceri” mövzusu ilə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər:

[email protected]

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

 

Əlaqə məlumatları

Makromed MMC

Veb-sayt: www.makromed.az

E-mail: [email protected]

Mobil: +994 77 727 6006

  • Daily49
  • Weekly209
  • Monthly1594