B2C Satış Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

B2C Satış Meneceri

  • Deadline 6 September 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Daxil olan müraciətlərin (leadlərin) operativ şəkildə idarə olunması və satışa çevrilməsi; 
  • Müştərilərin ehtiyaclarının, büdcəsinin və gözləntilərinin təhlil edilməsi; 
  • Şirkətin xidmətlərinin və layihələrinin peşəkar şəkildə təqdim edilməsi; 
  • Obyekt baxışlarının təşkili və müştərilərlə görüşlərin keçirilməsi; 
  • Fərdi kommersiya təkliflərinin hazırlanması; 
  • Müştərilərlə danışıqların aparılması və müqavilələrin bağlanması; 
  • Layihə müddətində müştəri ilə davamlı əlaqənin saxlanılması; 
  • CRM sistemində müştəri bazasının idarə olunması, satış mərhələlərinin izlənilməsi və hesabatların hazırlanması; 
  • Satış hədəflərinin yerinə yetirilməsi və satış prosesinin inkişafı ilə bağlı təkliflərin verilməsi. 

Namizədə dair tələblər

  • Minimum 5 il aktiv satış sahəsində iş təcrübəsi; 
  • Xidmət satışı (service sales) sahəsində minimum 3 il iş təcrübəsi; 
  • Yalnız xidmət satışı sahəsində təcrübəyə malik namizədlər müsahibəyə dəvət olunacaqlar; 
  • Satış üzrə uğurlu nəticələr və danışıqlar aparmaq bacarığı; 
  • CRM sistemləri ilə işləmə təcrübəsi; 
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı; 
  • Azərbaycan dilində sərbəst, rus və ya ingilis dili biliyi üstünlükdür. 

Üstünlük hesab olunur

  • Tikinti, interyer dizayn, təmir, daşınmaz əmlak və ya premium xidmət satışı sahəsində təcrübə; 
  • Yüksək büdcəli müştərilərlə işləmə təcrübəsi. 

Şəxsi keyfiyyətlər

  • Güclü ünsiyyət və təqdimat bacarığı; 
  • Danışıqların aparılması və satışın bağlanması (closing) bacarığı; 
  • Nəticəyönümlülük və məsuliyyətlilik; 
  • Təşəbbüskarlıq və analitik düşüncə; 
  • Müştəriyönümlü yanaşma. 

İş şəraiti

  • İş qrafiki: Tam iş günü; 
  • İş formatı: Ofis və sahə görüşləri; 
  • Əmək haqqı 1000-1500 AZN və bonus sistemi
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu. 

Şirkət tərəfindən təklif olunur

  • Rəqabətqabiliyyətli əməkhaqqı; 
  • Yüksək bonus sistemi; 
  • Keyfiyyətli lead bazası ilə işləmək imkanı; 
  • Premium layihələrdə iştirak; 
  • Karyera yüksəlişi və peşəkar inkişaf imkanları. 

Vacib qeyd

  • Xahiş edirik, vakansiyaya müraciət etməzdən əvvəl tələblərlə diqqətlə tanış olun. Minimum 5 il satış təcrübəsi və xidmət satışı sahəsində iş təcrübəsi olmayan namizədlərin müraciətlərinə baxılmayacaq. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Uyğun namizədlər CV-lərini “B2C Satış meneceri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily116
  • Weekly556
  • Monthly573