Satınalma üzrə mütəxəssis

  • Истекает 10 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tikinti və interyer dizayn sahəsində fəaliyyət göstərən komandamıza satınalma proseslərini idarə edə biləcək peşəkar Satınalma mütəxəssisi axtarışındayıq.
Vəzifə öhdəlikləri:

  • Tikinti və dizayn layihələri üçün tələb olunan material və avadanlıqların satınalma prosesini təşkil etmək
  • Layihələr üzrə material tələbat siyahılarının analiz edilməsi
  • Təchizatçıların araşdırılması, qiymət təkliflərinin alınması və müqayisə analizi
  • Təchizatçılarla danışıqlar aparmaq və optimal qiymət əldə etmək
  • Müqavilələrin hazırlanmasında iştirak etmək və satınalma sənədlərinin idarə olunması
  • Anbar və layihə komandası ilə koordinasiya
  • Satınalma prosesləri üzrə hesabatların hazırlanması

Tələblər:

  • Bəy namizəd.
  • Satınalma üzrə minimum 3 il iş təcrübəsi
  • Tikinti materialları, bazar qiymətləri və təchizatçı şəbəkəsi haqqında məlumat
  • Ali təhsil (İqtisadiyyat, Menecment, Logistika və ya əlaqəli sahə)
  • Microsoft Office proqramlarında işləmək bacarığı
  • Analitik düşünmə və müqayisə analizi bacarığı
  • Təchizatçılarla danışıqlar aparmaq və razılaşma əldə etmək bacarığı
  • Yüksək məsuliyyət və operativ qərarvermə qabiliyyəti
  • Komanda ilə effektiv əməkdaşlıq bacarığı
  • Tikinti layihələrinin dinamik iş mühitinə uyğunlaşmaq bacarığı

İş şərtləri:

  • 6 günlük iş rejimi
  • Korporativ mobil nömrə və danışıq paketi
  • Peşəkar və dinamik iş mühitində fəaliyyət imkanı
  • Dəstəkçi və əməkdaşlığa açıq komanda mühiti
  • İş yeri Bakı şəhəri
  • Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən olunur

Üstünlük veriləcək:

  • Tikinti və interyer dizayn layihələrində iş təcrübəsi
  • Tikinti materialları üzrə geniş təchizatçı bazası
  • ERP və ya satınalma proqramları ilə işləmə təcrübəsi

Uyğun namizədlər CV-lərini “Satınalma mütəxəssisi” başlığı ilə Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərə bilərlər.

  • Daily11
  • Weekly486
  • Monthly1616