M Manufacturing Company
  • 725

Manufacturing Company

İstehsalat üzrə rəhbər

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İstehsalat üzrə rəhbər

  • Истекает 14 май 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

  İş yeri: AZVUL zavodu

  İşin təsviri:

  • Hesablama texnikası, əlaqə vasitələrindən istifadə etməklə operativ tənzimləmə ilə bağlı işlərə rəhbərlik edir, istehsal planı və müqavilələrə əsasən istehsalın gedişi, ahəngdar məhsul buraxılışının təmin olunması;  
  • Müəssisə və onun bölmələri üzrə istehsal proqramları və təqvim qrafiklərinin hazırlanmasına və operativ istehsal planlaşdırılması üçün normativlərin hazırlanması və tətbiqinə rəhbərliyi həyata keçirir;
  • İstehsal gedişinə operativ nəzarəti, istehsalatın texniki sənədləşmə, avadanlıq, alət, material, dəstləşdirmə məmulatları, nəqliyyat, yükləmə-boşaltma vasitələri və s., həmçinin istehsalatın yeni növ məhsul istehsalına hazırlığının həyata keçirilməsini  təşkil edir; 
  • İstehsal gedişinin gündəlik operativ uçotunu təmin edir, kəmiyyət və nomenklatura üzrə sutkalıq hazır məhsul buraxılışı tapşırığının yerinə-yetirilməsinə, başa çatmamış istehsalın durumuna və tamlığının vəziyyətinə nəzarət edir, iş yerləri və anbarlarda müəyyən edilmiş artıq məhsul normasına riayət olunmasına, nəqliyyat vasitələrindən operativ istifadə və yükləmə-boşaltma işlərinin yerinə-yetirilməsinə nəzarət edir;
  • Müəssisə bölmələrinin işini əlaqələndirir, istehsalın təqvim planının yerinə yetirilməsi ahəngdarlığının təmin edilməsi, istehsal prosesi gedişinin pozulması xəbərdarlığı və aradan qaldırılması üzrə tədbirlər görür; 
  • Müəssisə bölmələrinin qarşılıqlı tələb və iradlarının yerinə-yetirilməsinə nəzarət edir;
  • Məhsul istehsalı zəncirinin qısaldılması, avadanlıq və istehsal sahələrinin, istehsal gücünün bütünlüklə və bərabər paylanması imkanlarının aşkar edilməsi məqsədilə onların ötən plan dövrünə dair fəaliyyətini təhlil edir, 
  • Texnologiyanın yaxşılaşdırılması,  istehsalın təşkili və əmək məhsuldarlığının artırılmasına xidmət edən texniki yeniliklərin, elmi açılış və kəşflərin, qabaqcıl təcrübənin aşkar edilməsi və mənimsənilməsi üzrə iş aparır;
  • İstehsalat anbarlarının işinə nəzarət edir, bölmənin sona çatmayan (bitməmiş) istehsalın inventarlaşmasının aparılmasında iştirakını təmin edir;  
  • Operativ planlaşdırma, cari istehsalat uçotunun aparılması, müasir hesablama texnikası, əlaqə vasitələrinin tətbiq edilməsi və mənimsənilməsi üzrə tədbirlərin hazırlanmasını təşkil edir;
  • Müəssisənin istehsal bölmələrinin işinə metodiki rəhbərliyi həyata keçirir, bölmənin işçilərinə rəhbərlik edir;  

Tələblər: 

  • Ali Təhsil
  • Ms Office proqramları, PowerPoint, 1C , 8.3
  • Müvafiq sahədə 5 ildən çox iş təcrübəsi
  • Aidiyyatı sahədə sertifikatlar
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dili üstünlükdür
  • Ezamiyyətə getmək imkanı                              

İş şəraiti:

  • İş qrafiki: Həftədə 1 gün istirahət (6-cı gün qısa iş günü);
  • Ünvan: Azvul MMC (Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi).

Biz nə təklif edirik: 

  • Xaricdə işləmək imkanı           
  • Karyera yüksəlişi 
  • Rəqabətli əmək haqqı 

Maraqlı olanlar mövzu sətrində vakansiyanın adını qeyd edərək, Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına CV-ni göndərməyinizi xahiş edirik.

  • Daily0
  • Weekly0
  • Monthly1939