Maple Trading Maple Trading
  • 734

Satınalmalar üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalmalar üzrə aparıcı mütəxəssis

  • Deadline 28 Dekabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
  • Bazarın təhlili, tələb olunan malların bazarda araşdırılması;
  • Satınalmanın daxili prosedura uyğun təşkili, son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materialların şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması;
  • Təchizatçılara sifarişlərin göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin keçirilməsi;
  • Satınalma və tender prosessi ilə bağlı bütün sənədləşmələrin aparılması və müvafiq reyestrin hazırlanması;
  • Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;
  • Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət edilməsi;
  • Satınalma zamanı yarana biləcək risklərin öncədən dəyərləndirilməsi;
  • Müqavilələrin düzgün və cəmiyyətin təchizat siyasətinə uyğun olaraq bağlanılması;
  • Hesabatların hazırlanması və təqdim edilməsi

İş şəraiti:

  • Əmək haqqı: 1000 - 1200 AZN
  • İş saatı: 5 günlük rejim (09:00-18:00)
  • Ünvan: Ələsgər Qayıbov 12/22

Tələblər:

  • Təhsil səviyyəsi: Ali təhsil
  • İş təcrübəsi: Satınalma sahəsində ən azı 1-3 il iş təcrübəsi (İstehsalat sahəsində təcrübənin olması üstünlükdür)
  • Kompüter bilikləri: MS Office proqramları üzrə biliklər
  • Digər: CIPS və ya təchizat zəncirinin idarə olunması sahəsində beynəlxalq sertifikatın olması üstünlükdür;
  • 1C, ERP sistemlərdə işləmək bacarığı üstünlükdür
  • Daily19
  • Weekly547
  • Monthly2190