Marine Technical Solutions Marine Technical Solutions
  • 289

Marine Technical Solutions

Sənaye

Elektrik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Elektrik

  • Deadline 2 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Sexdə gəmi üzrə bütün elektrik avadanlıqlarına texniki xidmətdə  və onların təmiri işlərində iştirak etmək.
  • Sexdə gəmi elektrik avadanlıqlarının texniki istismarı qaydalarını, təhlükəsizlik texnikası və yanğından mühafizə üzrə qayda və təlimatları yerinə yetirmək.
  • Bütün elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işlənməsini təmin etmək və  nəzarət  işini gerçəkləşdirmək.
  • Sistemlərdə meydana gələn nasazlıqları aradan qaldırmaq və zamanında müdaxilə etmək.
  • Rəhbərliyin verdiyi tapşırıqları vaxtlı vaxtında və düzgün yerinə yetirmək.
  • Planlanan texniki baxış və proflaktik işlərin icrası

Tələb olunan biliklər və bacarıqlar:

  • Elektrotexnikanın əsaslarını, elektrik mühərriklərinin, sabit və dəyişən cərəyanlı generatorların,  paylayıcı qurğu aparatlarının, elektrik cihazlarının iş prinsipini bilmək;
  • Elektrik cərəyanından zədələnmədən ilk yardımın göstərilməsi qaydasını bilmək;
  • Elektrik və ya elektrotexnika üzrə sertifikat,orta ixtisas və ya ali təhsil 
  • Elektrik sistemləri üzrə minimum 1-3 il iş təcrübəsi;

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri. Səbail rayonu, Salyan şossesi 12
  • İş qrafiki: 5 gün (08:00-17:00) 
  • Nahar  və  servis şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.

  • Daily84
  • Weekly221
  • Monthly224