Vəzifə öhdəlikləri:
- İşə qəbul prosesinin təşkili və idarə olunması
- Vakansiyaların yerləşdirilməsi və namizədlərlə müsahibələrin aparılması
- Əmək qanunvericiliyinə uyğun kadr sənədləşməsinin həyata keçirilməsi
- Əmək müqavilələrinin hazırlanması və elektron sistemə işlənməsi
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və nəzarətdə saxlanılması
- Məzuniyyət, ezamiyyət və davamiyyət proseslərinin idarə olunması
- Daxili intizam qaydalarına əməl olunmasına nəzarət
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
Tələblər:
- İnsan Resursları sahəsində minimum 2 il iş təcrübəsi
- Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək
- MS Office proqramlarında işləmə bacarığı
- Analitik düşüncə və yüksək ünsiyyət bacarığı
- Məsuliyyətli, operativ və komandada işləmək bacarığı
İş qrafiki:
- 5 günlük iş rejimi (08:00 – 17:00)
Təminatlar:
- Nahar və servis şirkət tərəfindən təmin olunur.
İş yeri:
- Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.