Marine Technical Solutions şirkəti komandamıza qoşulmaq üçün peşəkar, məsuliyyətli və nəticəyönümlü Layihələrin İdarə Edilməsi üzrə Menecer axtarır.
İş yeri: Bakı şəhəri, Salyan şosesi 2.
Vəzifə öhdəlikləri
- Şirkətin həyata keçirdiyi layihələrin planlaşdırılması və idarə olunması;
- Layihələrin müəyyən edilmiş müddət və büdcə çərçivəsində icrasına nəzarət;
- Layihə komandalarının fəaliyyətinin koordinasiyası;
- Xarici və yerli tərəfdaşlarla işgüzar əlaqələrin qurulması;
- Müştərilər və təchizatçılarla effektiv kommunikasiyanın təmin edilməsi;
- Layihələrin gedişatı üzrə hesabatların hazırlanması;
- Risklərin müəyyən edilməsi və operativ həll yollarının tətbiqi;
- Rəhbərliyə layihələrin icra vəziyyəti barədə mütəmadi məlumat verilməsi.
Namizədə tələblər
- Layihələrin idarə edilməsi sahəsində müvafiq iş təcrübəsi;
- İngilis dili – əla səviyyədə (şifahi və yazılı);
- Rus dili – yaxşı səviyyədə;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Güclü təşkilatçılıq və kommunikasiya bacarıqları;
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti;
- Komanda idarəetmə və koordinasiya bacarıqları;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Salyan şosesi 2;
- Peşəkar və dinamik iş mühiti;
- Maraqlı layihələrdə iştirak imkanı;
- Əməkhaqqı: Namizədin bilik, bacarıq, peşəkar təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən ediləcək.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Project Manager” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.
Komandamıza qoşulun və uğurlu layihələrin bir hissəsi olun!