Vəzifə öhdəlikləri
- Müştəri layihələrinin marketinq fəaliyyətlərində iştirak;
- Sosial media üçün məzmun ideyaları və post planlarının hazırlanmasına dəstək;
- Reklam kampaniyalarının (Meta, Google və s.) qurulmasında və izlənməsində iştirak;
- Rəqiblərin və bazar trendlərinin analizi;
- Kampaniyalar üzrə hesabatların hazırlanmasına kömək;
- Komanda ilə (dizayn, prodakşn və media) koordinasiyalı işləmək.
Namizədə tələblər
- Marketinq sahəsinə həvəs və öyrənmə istəyi;
- Əsas sosial media platformalarını yaxşı tanımaq;
- Yaradıcı düşüncə və diqqətli iş prinsipi;
- Komanda ilə işləmə bacarığı;
- Marketinq üzrə təhsil və ya təcrübə üstünlükdür.
Əlavə məlumat:
- Ünvan: C.Hacıbəyli küç.43
- İş saatları: 09:00-dan 18:00-dək (5 gün)
- Əmək haqqı: 600 AZN
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Junior Marketing Specialist” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.