Mars Overseas Baku Mars Overseas Baku
  • 543

Biznes risklərin idarə edilməsi üzrə kiçik mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Biznes risklərin idarə edilməsi üzrə kiçik mütəxəssis

  • Истекает 17 январь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə ödəlikləri:

  • Biznes proseslərin mövcud (as-is) və arzu olunan (to-be) vəziyyətini sənədləşdirmək üçün proses xəritələri (axış diaqramları) hazırlamaq.
  • Cəmiyyətin məruz qala biləcəyi rislərin idarə olunması üçün tədbirlər planı hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Cəmiyyətdə risklərin idarə edilməsi sisteminin və nəzarət mühitinin formalaşması istiqamətində işləri həyata keçirmək.
  • Şirkətin fəaliyyəti ilə bağlı normativ-tənzimləyici sənədlərin – siyasət, qayda və təlimatların müvafiq struktur bölmələri iştirakı ilə hazırlanması və ya müvafiq struktur bölmələr tərəfindən bu növ sənədlərin hazırlanmasını təşkil etmək.
  • Biznes proseslərin monitorinqini həyata keçirmək və qüsurları müəyyən edərək aradan qaldırılması üçün təkliflər hazırlamaq.
  • Biznes proseslərin davamlı olaraq təkmilləşdirilməsi  məqsədi ilə mütəmadi olaraq biznes prosesləri təhlil etmək.
  • Mütəmadi yoxlamalar aparmaqla biznes proseslərin təsdiq edilmiş qaydalara uyğun formada icra olunmasına nəzarət etmək. 

Əsas tələblər:

  • İş təcrübəsi: Müvafiq sahə üzrə 1 il iş təcrübəsi.
  • Təhsil: Maliyyə, Biznesin idarə edilməsi və ya İqtisadiyyat ixtisasları üzrə ali təhsil.
  • Kompüter bilikləri: MS Office (əla) və MS Visio (əla) proqramlarında işləmə bacarığı. 
  • Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (orta)

Əlavə tələblər:

  • Risklərin idarə edilməsi üzrə nəzəri və praktiki biliklər.
  • Biznes proseslər üzrə yüksək nəzəri və praktiki biliklər.
  • Şirkətin daxili normativ sənədlərin tərtibi üzrə yüksək praktiki və nəzəri biliklər.
  • Təhsil və peşə sertifikatları arzu olunandır.

Vakansiya ilə maraqlananlar öz cv formalarını “Biznes risklərin idarə edilməsi üzrə kiçik mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily116
  • Weekly286
  • Monthly1936