Logistika əməliyyatları üzrə analitik

  • Истекает 25 март 2026

Təsvir:

  • Nəqliyyat əməliyyatları üzrə hesabatların hazırlanması və təhlili
  • Anbar əməliyyatları üzrə müntəzəm hesabatların hazırlanması və performans göstəricilərinin izlənməsi
  • NV (nəqliyyat vasitələri) üzrə təmir və texniki xidmət hesabatlarının hazırlanması və nəzarəti
  • Rəhbərlik üçün hesabatların təqdimat (presentation) formatında hazırlanması
  • Logistik xərclərin analizi, optimallaşdırılması və müvafiq hesabatların hazırlanması
  • Ümumi əməliyyat xərclərinin təhlili, effektivliyin qiymətləndirilməsi və hesabatlılığın təmin edilməsi
  • Stok səviyyələrinin analizi, inventar nəzarəti və hesabatlılıq
  • Dövriyyə göstəricilərinin təhlili və müvafiq analitik hesabatların hazırlanması
  • Logistik proseslərin avtomatlaşdırılması və proseslərin təkmilləşdirilməsi üzrə təşəbbüslərin icrası

Tələblər:

  • Təhsil: Ali təhsil (Logistika, İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə)
  • İş təcrübəsi:  3 il logistika sahəsində iş təcrübəsi
  • Kompyuter Bacarıqları: Microsoft Excel proqramını yüksək səviyyədə bilmə (Pivot Table, VLOOKUP/XLOOKUP, IF, SUMIFS, data validation, dashboard hazırlanması və s.)
  • Analitik düşünmə və böyük həcmli məlumatlarla işləmə bacarığı
  • Hesabatların hazırlanması və təqdimat bacarığı (PowerPoint biliyi üstünlükdür)
  • Dil Bilikləri: Azərbaycan dilini sərbəst, ingilis və ya rus dilini orta səviyyədə bilmə üstünlükdür
  • Analitik düşünmə və böyük həcmli məlumatlarla işləmə bacarığı
  • Yüksək diqqətlilik, məsuliyyət və vaxtın effektiv idarə olunması bacarığı

Əlavə məlumatlar:

  • İş vaxtı : Həftənin 6 günü (bazar günü istirahət)
  • İş yeri : Bakı şəhəri, Sulutəpə qəsəbəsi.
  • Tibbi sığorta
  • Təlim və inkişaf imkanları
  • Yemək və forma 

Vakansiya haqqında:

  • Vakansiya növü Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly371
  • Monthly2261