Marsol Group şirkətin fəaliyyətini, tədbirlərini, layihələrini və gündəlik iş proseslərini əks etdirən peşəkar foto çəkilişlərin həyata keçirilməsi üçün fotoqraf axtarır.
Vəzifə və öhdəliklər:
- Şirkətin tədbir, layihə və gündəlik fəaliyyətlərinin foto çəkilişlərinin aparılması;
- Korporativ tədbirlərin, görüşlərin və iş proseslərinin fotoşəkillərinin çəkilməsi;
- Sosial media və digər kommunikasiya kanalları üçün vizual materialların hazırlanması;
- Çəkilmiş fotoların peşəkar şəkildə işlənməsi və redaktəsi;
- Şirkətin korporativ imicinə uyğun foto materialların hazırlanması;
- Zərurət olduqda şirkətin müxtəlif lokasiyalarında çəkilişlərin aparılması.
Namizədə tələblər:
- Bəy namizəd
- Fotoqrafiya sahəsində praktiki təcrübə;
- Peşəkar fotoaparat və foto avadanlıqları ilə işləmək bacarığı;
- Adobe Photoshop, Lightroom və digər foto redaktə proqramlarını bilmək;
- Kompozisiya, işıqlandırma və kadr seçimi üzrə biliklər;
- Kreativ yanaşma və vizual zövq;
- Portfolio təqdim etmək.
Maraqlanan namizədlər CV-lərini və portfolio nümunələrini mövzu hissəsindəhr “Fotoqraf” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına yazmaqla təqdim edə bilərlər.