Avtomobil sektorunda inkişaf etmək istəyən, məsuliyyətli və aktiv bəy namizədləri AvtoMilano servisində komandamıza qoşulmağa dəvət edirik!
Vəzifə öhdəlikləri:
· Avtomobillərin müvafiq ustalara aparılıb-gətirilməsi;
· Avtomobillərin texniki vəziyyətinə mütəmadi nəzarət edilməsi;
· Servisə müraciət edən müştərilərin avtomobillərindəki nasazlıqların operativ şəkildə müəyyən edilərək qeydiyyata alınması;
· Servis daxilində rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
Namizədə olan tələblər:
· Yaş: 20–30;
· Xətai, Əhmədli və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir;
· Avtomobil sahəsində minimum 1 il iş təcrübəsi və ya avtomobillər haqqında geniş texniki bilik;
· B və C kateqoriyalı sürücülük vəsiqəsi mütləqdir;
· Azərbaycan dilini səlis bilmək;
· Məsuliyyətli, intizamlı, çevik və öyrənməyə həvəsli olmaq.
İş şəraiti:
· İş qrafiki: Həftədə 6 gün;
· İş saatları: 09:00–20:00;
· Nahar: Şirkət tərəfindən təmin olunur;
· Əməkhaqqı: 900 AZN + bonuslar.
· Ünvan: Babək pr Astoria Hotelin arxası
Müraciət etmək istəyən şəxslər CV-ni [email protected] ünvanına göndərsinlər.