Namizədə tələblər
- Səbirli, təmkinli və nəzakətli olmalı;
- Uşaqların yanında digər sürücülərə qarşı davranışına diqqət etməli;
- Uşaqlara qarşı düzgün və nəzakətli ünsiyyət qurmalı;
- Uşaqlara və evin xanımına müraciət edərkən mütləq “Siz” deyə müraciət etməli;
- Məsuliyyətli, dəqiq və intizamlı olmalı;
- Gülərüz, punktual və səliqəli olmalı;
- Sürücülük sahəsində 3 il və daha çox iş təcrübəsi olmalı;
- Yol hərəkəti qaydalarını yüksək səviyyədə bilməli;
- Bakı şəhərinin ərazilərini yaxşı tanımalı;
- Avtomobilin təmiz və səliqəli saxlanılmasına diqqət etməli;
- Yaş həddi: 60 yaş və yuxarı;
- Ev sahibəsinin tapşırıqlarını vaxtında və düzgün şəkildə icra etməli (ev üçün bazarlıq və digər gündəlik tapşırıqlar və s.).
İş şərait
- Əmək haqqı: 1000 AZN;
- Avtomobil: ailə tərəfindən təmin ediləcək;
- İş rejimi: 07:30-dan 20:00-dək;
- Nahar fasiləsi: 1 saat;
- İstirahət günü: həftədə 1 gün;
- Yeni tədris ili başladıqdan sonra işin bitmə saatı məktəb qrafikinə uyğun olaraq tənzimlənəcək;
- İş yeri: Babək prospekti.
Mövzu: “Bəy Sürücü”
Xahiş olunur, yalnız bəy namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.