Mühasib (Accountant)

  • Истекает 29 август 2026

Vəzifə öhdəlikləri

  1. Müəssisədə həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu standartlarına və qüvvədə olan qanunvericiliyə uyğun olaraq uçotunun aparılması;
  2. İlkin mühasibat sənədlərinin (müqavilə, hesab-faktura, qaimə, təhvil-təslim aktları və s.) qəbul edilməsi, yoxlanılması və sistemə daxil edilməsi;
  3. Alış və satış əməliyyatlarının mühasibat proqramında düzgün əks etdirilməsi;
  4. Elektron qaimə-faktura, e-faktura və digər elektron vergi portalı əməliyyatlarının icrası;
  5. Debitor və kreditor borcların uçotunun aparılması, qarşılıqlı hesablaşmaların yoxlanılması və üzləşmə aktlarının hazırlanması;
  6. Bank və kassa əməliyyatlarının həyata keçirilməsi, ödəniş tapşırıqlarının hazırlanması və gündəlik bank əməliyyatlarının uçotunun aparılması;
  7. Əsas vəsaitlərin uçotu (alınması, istismara verilməsi, amortizasiyanın hesablanması və balansdan silinməsi);
  8. Mal-material ehtiyatlarının uçotunun aparılması, anbar hərəkətlərinə və inventarizasiya prosesinə nəzarət;
  9. Əmək haqqı, məzuniyyət, ezamiyyə və son haqq-hesab ödənişlərinin hesablanması və uçotunun aparılması;
  10. Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması (Balans, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı və Kapitalda dəyişikliklər hesabatı);
  11. Vergi bəyannamələrinin (ƏDV, mənfəət vergisi, əmlak vergisi və s.), DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyəti dövlət orqanlarına vaxtında təqdim edilməsi;
  12. Mühasibat uçotu üzrə normativ-hüquqi aktların izlənilməsi və tətbiqi;
  13. Audit və vergi yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi;
  14. Müəssisənin maliyyə göstəricilərinin izlənilməsi və rəhbərliyə operativ məlumatların təqdim edilməsi;
  15. Vergi risklərinin qiymətləndirilməsi və mühasibat proseslərinin optimallaşdırılması üzrə təkliflərin verilməsi.

 

Namizədə tələblər

  1. Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
  2. Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi;
  3. Azərbaycan Respublikasının Vergi Məcəlləsi və mühasibat uçotu qanunvericiliyi üzrə biliklər;
  4. 1C və ya digər ERP mühasibat proqramlarında işləmək bacarığı;
  5. MS Excel proqramında sərbəst işləmək bacarığı;
  6. Elektron vergi sistemləri və dövlət portalları ilə işləmək bacarığı;
  7. PMS və ya digər müvafiq sertifikatların olması üstünlükdür;
  8. Analitik düşünmə qabiliyyəti, diqqətlilik və məsuliyyətlilik;
  9. Komanda ilə işləmək bacarığı;

 

İş şəraiti

  1. İş qrafiki: 5 günlük iş həftəsi (08:30 – 17:30)
  2. Rəsmi əmək müqaviləsi
  3. Stabil və uzunmüddətli iş imkanı
  4. Əmək haqqı -  1800-2000 azn
  5. İş yeri: Hyatt Regency, Izmir kücəsi. 

 

  • Daily27
  • Weekly458
  • Monthly2725