İşin Təsviri:
- Sosial media postları, bannerlər, reklam materialları, e-poçt şablonları və digər rəqəmsal məzmun üçün yüksək keyfiyyətli dizaynların hazırlanması.
- Şirkətin brend kimliyinə uyğun olaraq kreativ vizuallar yaratmaq.
- Digital marketinq kampaniyaları üçün vizual konsepsiyalar hazırlamaq və həyata keçirmək.
- Rəqəmsal reklam platformalarının (Google Ads, Facebook Ads və s.) tələblərinə uyğun dizayn elementlərinin hazırlamaq.
- Veb-sayt və mobil tətbiqlər üçün istifadəçi interfeysi dizaynlarının hazırlanmasında iştirak etmək.
- Sosial media və veb platformaları üçün qısa animasiyalar, GIF-lər və videolar yaratmaq.
- Şirkətin brend tələblərinə uyğun dizaynların hazırlanmasını təmin etmək.
- Rəqəmsal dizayn sahəsindəki ən son trendləri izləyərək iş prosesində tətbiq etmək.
- Hazırlanan dizaynların performansını təhlil etmək və ehtiyac olduqda onları optimallaşdırmaq.
- Dizaynların marketinq nəticələrinə təsirini artırmaq üçün təkmilləşdirmələr aparmaq
Tələblər:
- Dizayn, İncəsənət, Marketinq və ya əlaqəli sahədə ali təhsil.
- Digital marketinq və ya dizayn sahəsində minimum 2-3 illik təcrübə.
- Qrafik dizayn proqramlarında peşəkar səviyyədə işləmə bacarığı (Adobe Photoshop, Illustrator, After Effects, Premiere Pro və Figma).
- UX/UI dizayn sahəsində bilik və təcrübə.
- Kreativ düşüncə və detallar üzərində işləmə qabiliyyəti.
- Zamanı effektiv idarəetmə və sürətli iş təhvil vermə bacarığı.
- Azərbaycan dilində sərbəst danışıq, rus və ingilis dilləri bilikləri üstünlükdür.
- Portfolio təqdim etmək bacarığı.
İş şəraiti:
- İş yeri: Luxen Plaza
- İş qrafiki: 5 günlük
- İstirahət: Şənbə və bazar günü.
- Korporativ nömrə
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Maraqlı olanlar mövzu sətrində vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına CV-ni göndərməyinizi xahiş edirik.