Təsvir
- Ümumi plan cizgilərinin, yığım cizgilərinin və detal cizgilərinin hazırlanması;
- Raportların alınması, forma-2 və sahə üzrə digər sənədlərin hazırlanması;
- Sifarişçi cizgilərində baş vermiş dəyişikliyə görə istehsalat cizgilərinin reviziyası;
- Müvafiq mühəndislik dərəcəsi olmalıdır;
- Çertyoj və konstruksiya proqramlarında işləmə bacarığı arzuolunandır;
- Kəsim planlarının və qaynaq raportlarının hazırlanması;
- Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub-olmamasına nəzarət etmək;
- Tikinti işlərinin tikinti normalarına, qaydalarına, normativlərinə riayət edilməsinə nəzarət etmək;
- Tikintidə istifadə olunan materialların keyfiyyətinə riayət olunmasına nəzarət etmək;
- Tikinti-quraşdırma işlərinin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nəzarət etmək;
- Normativ sənədlərin tikinti prosesinə uyğun yazılmasına nəzarət etmək;
- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Problemləri aradan qaldırmaq, dəyişiklikləri planlaşdırmaq və idarə etmək;
- Görülmüş işlərin uçotunu aparmaq, həftəlik, aylıq, rüblük, illik hesabatlar hazırlamaq;
Tələblər
- Ali təhsil (İnşaat sahəsində)
- İnşaat sahəsində 5 il iş təcrübəsi;
- Ofis programları (word, excel), Autocad, Tekla;
- Komanda da işləmək bacarığı, nəticə yönümlü, problem həll etmə qabiliyyətlər;
- Rus biliyi (yazılı və şifahi ünsiyyət qurmaq səviyyəsində)
- Ölkədaxili və Ölkəxarici ezamiyyə imkanları;
İş şəraiti:
- İş yeri: Azwool Zavodu
- İş qrafiki: 6 günlük, şənbə günü qısa iş günü;
- İstirahət: Bazar
- Ünvan: Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi.
Biz nə təklif edirik:
- Əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
- Bonus sistemi
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
- Dinamik və gənc komanda ilə iş imkanı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.