İşin təsviri:
- Kargüzarlıq üzrə sənədlərin qəbulu, uçotu, qeydiyyatı, icrasına nəzarəti, məlumat – sorğu xidməti və sənəd informasiyalarının saxlanılmasını təmin edir;
- Struktur bölmələrdən daxil olan daxili yazışmaları və sənədləri qəbul edərkən onların doğru hazırlanmasına ciddi nəzarət edir.
- Müəssisənin sənəd təminatının avtomatlaşdırılması vasitəsi kimi istifadə edir;
- Hər il arxivdə saxlanılması üçün rəhbərliyin nəzarəti ilə sənədlərin yığımını həyata keçirir.
- Müəssisənin fəaliyyəti, kadrlara dair məlumatları, rəhbərliyin əmr və göstərişlərini müəyyən olunmuş qaydada şəxsi heyətin nəzər-diqqətinə çatdırır.
- Hər ay rəhbərliyin göstərişinə əsasən struktur bölmələrdən aylıq plan və hesabatları toplayıb rəhbərliyə təqdim edir.
- Toplantıları təşkil edir (toplantı ilə bağlı şəxsi heyəti məlumatlandırır və.s), toplantıları protokollaşdırır və toplantı ilə bağlı protokolların bir nüsxəsini aidiyyəti şöbələrə paylayır.
- Satış və marketinq sahasində prosedur və təlimatlar hazırlayır.
- Satış və marketinq sahəsində rəhbərliyin tabeçilikdəki struktur bölmələrə verdiyi tapşırıqların reyesterini tərtib edir və icrasını nəzarətdə saxlayır.
Tələblər:
- Təhsil: Ali təhsil (Menecment, layihələrin idarə edilməsi üzrə olması arzuolunandır)
- İş təcrübəsi: 1-2 il;
- Ofis proqramları üzrə biliklər;
- Layihələrin idarə edilməsi üzrə biliklər;
- Normativ hüquqi aktlar, qaydalar, təlimatlar və digər sənədlərin tərtibatı üzrə biliklər.
İş şəraiti:
- İş saatı: 09:00-dan 18:00-dək;
- İstirahət: Bazar günü (Şənbə qısaldılmış iş günü);
- İş yeri: Layihədən asılı olaraq dəyişir;
- Korporativ nömrə verilir.
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.