Məhsul meneceri

  • Deadline 5 Dekabr 2024

Vəzifə öhdəlikləri:

  • Mövcud və yeni məhsulların optimallaşdırılması və inkişaf etdirilməsi; 
  • Məhsul üzrə satışların artırılması üçün mütamadi təkliflərin verilməsi;
  • Daxili və departamentlərarası proseslərin və prosedurların yaradılması, optimallaşdırılması və koordinasiyası;
  • Verilən məlumatlar əsasında hesabatın, analitikanın aparılması, məhsul hədəflərinin yerinə yetirilməsinin izlənməsi;
  • Təmsil etdiyi məhsul qrupu üzrə satış komandasının lazımı informasiya ilə təmin edilməsi;
  • Məhsul üzrə satış kanallarının koordinasiyası və idarə olunması; 
  • Müştəri profilinin inkişaf etdirilməsi məqsədilə bəzi müştərilər üzrə fərdi əməkdaşlığın qurulması;
  • Kommersiya imkanlarının araşdırılması, qoyulan hədəflərə çatmaq və müştəriyönümlü həllərin yaradılması;
  • İclas və danışıqlarda şirkətin maraqlarını müstəqil formada təmsil etmək; 
  • Satış komandasına, rəhbərliyə məlumatın doğru və düzgün şəkildə çatdırılması;
  • Satış göstəricilərinin yüksəldilməsi, hədəflərin təyin olunması və bonus sisteminin hazırlanması məqsədilə Satış şöbələri ilə işin koordinasiyası;
  • Satışı stimullaşdırıcı kampaniyaların hazırlanması və icrasına nəzarət edilməsi.

Tələblər:   

  • Təhsil: MBA və ya Marketinq üzrə magistr təhsilinə üstünlük veriləcək;
  • Kompüter biliyi: MS Office, 1C və MS Excel proqramları yüksək səviyyədə;
  • İş təcrübəsi: Minimum 3 il müvafiq sahədə;
  • Dillər: Azərbaycan dili (Rus dili biliyi arzuolunandır)
  • Öz sahəsi  üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
  • Məhsullar üzrə proqnoz vermək və    satış planlatının hazırlayıb həyata keçirmək üzrə təcrübə;
  • Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
  • Analitik hesabatların hazırlanması və təhlil edilməsi bacarığı

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İstirahət: Şənbə və bazar günü.
  • İş yeri: Luxen Plaza
  • Korporativ nömrə verilir.

Müraciət üçün link-ə daxil olub qeydiyyatdan keçə bilərsiniz.

  • Daily19
  • Weekly547
  • Monthly2190