Mühəndis-Konstruktor

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühəndis-Konstruktor

  • Deadline 13 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri:

  • Dəmir-beton və metal konstruksiya layihə cizgilərinin hazırlanması;
  • Müxtəlif təyinatlı binaların və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablamaların aparılması;
  • İnşaat norma və qaydalarını bilməli;
  • Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməli
  • Bina və qurğuların konstruktiv müayinə işlərinin aparılması və hesabatların hazırlanması;
  • Konstruktiv cizgilər əsasında material təsnifatı cədvəlinin tərtibatı;
  • Konstruktiv işçi layihəni sifarişə əsasən qüvvədə olan inşaat norma və qaydalarına riayət etməklə aparılması, gigiyenik sanitar normaları, yanğın normaları, təxliyyə planını nəzərə alınaraq layihənin icra edilməsi;
  • Memarlıq cizgilərinin hazırlanması.

Tələblər:

  • İnşaat Mühəndisi sahəsində ali təhsil;
  • Sahə üzrə iş təcrübəsi mütləqdir;
  • AutoCad proqramında işləmə bacarığı (Lira, SAP, Tekla arzu olunandır);
  • Azərbaycan dili mükəmməl, İngilis dili arzu olunandır;
  • Komandada işləmək bacarığı.

İş şəraiti:

  • İş saatı: 09:00-dan 18:00-dək;
  • İstirahət: Bazar günü (Şənbə qısaldılmış iş günü);
  • İş yeri: Layihədən asılı olaraq dəyişir;
  • Korporativ nömrə verilir.

Maraqlı olanlar mövzu sətrində vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına CV-ni göndərməyinizi xahiş edirik.

  • Daily0
  • Weekly0
  • Monthly1668