Müştəri Xidmətləri üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Müştəri Xidmətləri üzrə mütəxəssis

  • Истекает 11 январь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İşin təsviri:

  • Müştəri sorğularını (zəng, e-poçt, sosial media) qəbul etmək, cavablandırmaq və həll etmək.
  • Problemləri araşdırıb uyğun şöbələrə yönləndirmək, həll prosesinə nəzarət etmək.
  • Şikayətləri dinləyib uyğun həll yolları təklif etməklə müştəri məmnuniyyətini təmin etmək.
  • Müştərilərdən rəy toplayıb xidmət keyfiyyətinin artırılması üçün hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsir.
  • Şikayətlər və sorğularla bağlı statistik məlumatları toplayıb həftəlik/aylıq hesabatlar hazırlamaq.
  • Yeni müştəri xidmətləri texnologiyalarının tətbiqində iştirak etmək.

Tələblər:

  • Yüksək ünsiyyət və problem həll etmə bacarıqları.
  • Məsuliyyətli, təşəbbüskar və təşkilatçı yanaşma.
  • CRM sistemləri və ofis proqramlarında təcrübə (PowerPoint, Excel).
  • Azərbaycan dilində sərbəst danışıq, ingilis və rus dilləri bilikləri üstünlükdür.
  • İqtisadiyyat, Biznes İdarəetməsi və ya Marketinq sahəsində ali təhsil.
  • Müştəri xidmətləri və ya satış sahəsində minimum 1-2 illik iş təcrübəsi.

İş şəraiti:

  • İş yeri: Luxen Plaza
  • İş qrafiki: 5 günlük
  • İstirahət: Şənbə və bazar günü.
  • Korporativ nömrə 
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.

Maraqlı olanlar mövzu sətrində vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına CV-ni göndərməyinizi xahiş edirik.

  • Daily4
  • Weekly24
  • Monthly12