Təsvir:
- Şirkətin ümumi satış strategiyasına uyğun olaraq regionlar üzrə satış planlarını hazırlamaq;
- Məhsul satış hədəflərini müəyyənləşdirmək və bu hədəflərə çatmaq üçün tədbirlər görmək;
- Satış göstəricilərini izləmək və nəticələrə uyğun strategiyaları yeniləmək;
- Regionlarda çalışan satış nümayəndələrinə rəhbərlik və nəzarət etmək;
- Satış komandalarının peşəkar inkişafını təmin etmək üçün təlimlər və mentorluq proqramları təşkil etmək;
- İş bölgüsü aparmaq və komandaların iş proseslərinin effektivliyini təmin etmək;
- Müştəri ehtiyaclarını təhlil etmək və uyğun həll yolları təklif etmək;
- Yeni potensial müştəriləri müəyyənləşdirmək və müştəri bazasını genişləndirmək;
- Rəqib məhsullar və bazar tendensiyaları haqqında məlumat toplamaq və təhlil etmək;
- Məhsulun satış həcmini artırmaq üçün müxtəlif təşəbbüslər həyata keçirmək;
- Satış fəaliyyəti ilə bağlı aylıq və rüblük hesabatlar hazırlamaq və satış göstəricilərini təhlil etmək və rəhbərliyə məlumat vermək;
- Bazar və satış dinamikasını izləyərək nəticələrə əsasən təkliflər vermək;
- Regionlara mütəmadi ezamiyyətlər edərək satış proseslərinə nəzarət etmək;
- Müştərilər və satış komandaları ilə üzbəüz görüşlər keçirmək.
İş şəraiti:
- İş yeri: Luxen Plaza;
- İş qrafiki: 5 günlük;
- İstirahət: Şənbə və bazar günü;
- Korporativ nömrə;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Tələblər:
- Biznesin idarəedilməsi, marketinq, iqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil;
- Satış və ya idarəetmə sahəsində minimum 3-5 illik təcrübə (regionlarda təcrübə üstünlükdür);
- Satış strategiyalarının hazırlanması və tətbiqi üzrə təcrübə;
- MS Office proqramlarında (xüsusilə Excel) yüksək istifadə bacarığı;
- Liderlik və komanda idarəetmə bacarığı;
- Yüksək ünsiyyət və danışıqlar aparma qabiliyyəti;
- Problemləri həll etmək və qərar qəbul etmək bacarığı;
- Ezamiyyətlər və intensiv iş rejiminə uyğunluq.
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
- Təcrübə 5-8 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Natamam ali