İşin təsviri:
- Xarici və daxili bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi;
- Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçıların tapılması;
- İstehsalçı şirkətlərdən qiymətlərin alınması, maya dəyərinin hesablanılması;
- Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;
- Alınan malların keyfiyyətinə nəzarət edilməsi;
- Tədarükçü şirkətlərin qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
- Şirkətlərlə əlaqələr, əməkdaşlıqlar qurmaq, partnyorların cəlb olunması istiqamətində danışıqlar aparılması;
- Sifarişlər üzrə bazar araşdırması aparmaq və yeni tədarükçülərin tapılması;
- Sifariş olunan məhsulların qeydiyyatına və digər sənədlərə nəzarətin edilməsi;
Tələblər:
- Təhsil: Ali (bakalavr);
- Kompüter biliyi: MS Office (Word, Excel);
- Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;
- Müvafiq sahədə ən az 3 il iş təcrübəsi;
- Satınalma və təchizat sahəsində təcrübə (Texniki biliyi olan, tikinti malları, alətlər və hissələrin, elektrik və elektronik malların və onların ehtiyat hissələrinin alışı təcrübəsi olan, beynəlxalq ticarəti bilənlərə üstünlük verilir);
- Satınalma sənədlərini hazırlama qabiliyyəti;
- Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;
- Xarici və daxili ezamiyyətlərə getmə imkanı;
- Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli.
İş şəraiti:
- İş saatı: 09:00-dan 18:00-dək;
- İstirahət: Şənbə və bazar günü;
- İş yeri: Luxen Plaza.
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
- Şəhərin mərkəzində ofis;
- Bonus sistemi;
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
- Dinamik və gənc komanda ilə iş imkanı.
Maraqlı olanlar Müraciət Et düyməsində göstərilən mail ünvanına və ya https://jobs.glorri.com/vacancies/matanata/matanata-satinalma-uzre-aparici-mutexessis-23610 cv ilə müraciət etməyiniz xahiş olunur.