İşin təsviri:
- Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;
- Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
- İnşa olunacaq obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsinin təmin edilməsi;
- Obyektlərin layihələndirilməsi üçün, layihə təşkilatları ilə birlikdə titul siyahılarını işləyib hazırlanması;
- Tikintidə istifadə olunan materialların smeta və norma sənədlərində spesifikasiyası üzrə adlandırılmasını, anbar və mühasibat uçotunda eyniadlı material lüğətindən istifadəni təşkil etmək;
- Tikintidə istifadə olunan materialların təyinatı üzrə klasifikasiya və nomenklatura qruplaşmalarını yaratmaq;
- Tikintidə istifadə olunacaq materialların smeta və norma qaydalarına uyğun istifadəsi və silinməsi proseslərinə 1C 8.3 proqramı vasitəsilə nəzarətin edilməsi;
- Hazırlanmış smetaya uyğun olaraq tikinti sahəsində birbaşa texniki nəzarətin həyata keçirilməsi;
- Müxtəlif tikinti-quraşdırma və təmir işlərinin səmərəli və optimal qiymətə yerinə yetirilməsi üçün təkliflərin verilməsi;
- Ümumi tikinti, təmir, MEP (elektrik quraşdırma, sanitar texniki, su təhcizatı, kanalizasiya) işləri üçün verilmiş layihələr əsasında material, iş həcmlərinin analizi və detallı smetaların tərtib edilməsi.
Tələblər:
- İnşaat Mühəndisi sahəsində ali təhsil;
- Müvafiq sahədə 2 il iş təcrübəsi;
- AutoCad proqramında işləmə bacarığı (Lira, SAP, Tekla arzu olunandır);
- Azərbaycan dili mükəmməl, İngilis dili arzu olunandır;
- Komandada işləmək bacarığı.
İş şəraiti:
- İş saatı: 09:00-dan 18:00-dək;
- İstirahət: Bazar günü (Şənbə qısaldılmış iş günü);
- İş yeri: Layihədən asılı olaraq dəyişir;
- Korporativ nömrə verilir.
Maraqlı olanlar mövzu sətrində vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına CV-ni göndərməyinizi xahiş edirik.