Zavod direktoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Zavod direktoru

  • Deadline 13 February 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri:

  • Müəssisənin illik büdcəsinin və tədbirlər planının müəyyən edilməsi və idarəetmə sisteminin təkmilləşdirilməsinin təşkil edilməsi;
  • Müəssisədə istehsalın təşkili və hazır məhsul planlarının yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Müəssisənin davamlı fəaliyyəti üçün vacib olan xammal, material və s. təchizat planının hazırlanması;
  • Müəssisənin qarşısında qoyulan istehsal planlarının yerinə yetirilməsinə və istehlaka nəzarətin təmin edilməsi;
  • Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
  • İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayyət olunmasına daim nəzarət edilməsi;
  • Müəssisədə biznes proseslərin tətbiq olunmasına nəzarət edilməsi;
  • Mövcüd biznes proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsi;
  • Satınalma ile kordinasiyalı formada ishlemek;
  • Ümumi hesabatların tərtibi və rəhbərliyə təqdim edilməsi;
  • Həftəlik hesabatların təsisçiyə təqdim edilməsi;
  • Müəssisəyə daxil olan mallara nəzarət, məhsulların yerli və xarici bazara çıxarılmasına rəhbərlik etmək;
  • İstehsalat daxilində nizam-intizam qaydalarını formalaşdırmaq, əməl olunmasına nəzarət etmək. 
  • Zavodun ümumi fəaliyyətinə rəhbərlik edir.
  • Struktur bölmələrin (istehsal sahələri, şöbələr, laboratoriyalar və s.) işini əlaqələndirir.
  • İş proseslərinin düzgün planlaşdırılmasını və resursların səmərəli istifadəsini təmin edir.
  • Kadrların işinin təşkili, motivasiyası və intizamının qorunmasına nəzarət edir.
  • İstehsal planlarının hazırlanması və icrasına rəhbərlik edir.
  • Məhsulun keyfiyyətinə, istehsalın həcminə və xərclərinə nəzarət edir.
  • İstehsal proseslərinin modernləşdirilməsi və yeni texnologiyaların tətbiqini təşviq edir.
  • Texniki təhlükəsizlik, əməyin mühafizəsi və ekoloji tələblərə əməl olunmasına cavabdehdir.
  • Zavodun büdcəsini, xərclərini və gəlirlərini idarə edir.
  • Rentabelliyin artırılması və istehsalın səmərəliliyinin yüksəldilməsi üçün tədbirlər görür.
  • Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünə nəzarət edi
  • Zavodun uzunmüddətli inkişaf strategiyasını müəyyən edir.
  • Yeni məhsul növlərinin və bazarların araşdırılmasını təmin edir.
  • Rəqabətqabiliyyətliliyin artırılması üçün innovativ həlləri tətbiq edir.
  • Tədarükçülər, müştərilər, tərəfdaşlar və dövlət orqanları ilə işgüzar əlaqələr yaradır və saxlayır.
  • Müqavilələrin bağlanmasına və icrasına nəzarət edir.
  • Zavodu müxtəlif iclas, sərgi və forumlarda təmsil edir.
  • Zavodun fəaliyyətinin qanunvericiliyə uyğun aparılmasını təmin edir.
  • İşçilərin hüquq və vəzifələrinin qorunmasına nəzarət edir.
  • İstehsalatda baş verən hadisələrə və nəticələrə görə məsuliyyət daşıyır.

Tələblər:

  • Təhsil: Ali (texniki);
  • Kompüter biliyi: MS Office (Word, Excel);1C, SAP və ya diger ERP proqramları bilənlərə üstünlük verilir;
  • İstehsal avadanlıqları və texniki iş qaydaları haqqında biliklər;
  • Dillər: Azərbaycan dili mükəmməl bilməli (Rus və İngilis dillərini bilənlərə üstünlük verilir);
  • İş təcrübəsi: İstehsalat sahəsində və zavodun idarəedilməsində 3-5 il təcrübə;                             
  • AR konsitutsiyasını, Əmək qanunvericiliyini və mülki məcəlləni bilmək üstünlükdür.     

İş şəraiti:  

  • İş yeri: Bakı  
  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İstirahət: bazar günü.

Biz nə təklif edirik:           

  • Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
  • Bonus sistemi
  • Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
  • Dinamik və gənc komanda ilə iş imkanı

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily127
  • Weekly381
  • Monthly1168