MathYouCan komandamıza Riyaziyyat müəllimi yetişdirmək üçün namizədlər axtarırıq!
Xarici təhsil proqramları üzrə riyaziyyat tədrisinə marağı olan, öyrənməyə və peşəkar inkişafına önəm verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri
- Şagirdlərin suallarını cavablandırmaq və çətinlik çəkdikləri mövzuları izah etmək
- Dərs vəsaitlərin yaradılmasında və hazırlanmasında kömək etmək
- Şagirdlərin inkişafını qiymətləndirmək və ona nəzarət elmək
- Peşəkar inkişaf üçün çalışmaq və yeni bilikləri öyrənməyə açıq olmaq
Qeyd: Namizədlər ilk il ərzində peşəni öyrənərək müəllim köməkçisi kimi fəaliyyət göstərəcəklər.
Namizədə tələblər
- Riyaziyyat və ya əlaqəli ixtisas üzrə təhsil almaq;
- Rus dilini bilmək (vacibdir);
- Orta səviyyədə ingilis dili biliyinə sahib olmaq;
- Məsuliyyətli, pozitiv və yeniliklərə açıq olmaq
- Yaş: 20–26
İş şəraiti
- İş saatları: 13:00–20:00
- İş yeri: Xətai metro stansiyasının önü
- Maaş: 700-1200 Azn
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Riyaziyyat müəllimi” qeyd etməklə göndərə bilərlər.
Riyaziyyata marağın varsa və özünü bu sahədə inkişaf etdirmək istəyirsənsə, MathYouCan komandasına qoşul!