Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun hesablar planına uyğun aparılması;
- Mühasibat əməliyyatlarının 1C 8.3 proqram təminatına işlənməsi, qalıqlara nəzarət və digər müvafiq işlərin aparılması;
- Yerli və xarici ödənişlərin həyata keçirilməsi;
- Hökümət və bank portalarında əməliyyatların aparılması;
- Debitor və kreditor qarşılıqlı hesablaşmaların düzgün aparılması və nəzarətin həyata keçirilməsi;
- Şirkətin gündəlik və aylıq gəlir və xərc əməliyyatlarının düzgün uçota alınmasına nəzarət etmək;
- Maliyyə göstəricilərində yaranan kənarlaşmaları vaxtında təhlil etmək və müvafiq şöbələrlə birgə aradan qaldırmaq;
- Müqavilələrin hesab-fakturaların, aktların, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının qaimə və vergi hesab fakturaların yazılmasına, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtibinə nəzarət;
- Rəhbərlik tərəfindən verilən gündəlik, həftəlik və aylıq tapşırıqların icrasını təmin etmək;
Təhsil və təcrübə üzrə tələblər:
- Ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahələrdə)
- Sahə üzrə müvafiq sertifikatların olması (ACCA və PMS üstünlükdür)
- Mühasibatlıq və vergi uçotu sahəsində ən azı 2 il iş təcrübəsi (Tikinti sahəsində təcrübəsi arzu olunandır)
Peşəkar bilik və bacarıqlar üzrə tələblər:
- Sahə üzrə beynəlxalq standartları, yerli qanunvericilik bilikləri
- 1C 8.3 və digər ERP sistemlərində iş təcrübəsi
- Yüksək səviyyədə MS Office (xüsusilə Excel) bacarıqları
- Analitik düşüncə, detallara diqqət və yüksək məsuliyyət
- İşləri prioritetləşdirmək və çoxsaylı vəzifələri eyni anda idarə etmək qabiliyyəti
- Komanda daxilində əməkdaşlıq bacarığı
- Səlis və punktual korporativ yazışma bacarığı
İş şəraiti
- Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
- İş rejimi 5 günlük iş qrafikinə əsasən müəyyən edilmişdir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.