Layihə Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Layihə Meneceri

  • Deadline 12 February 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Bu vəzifə, Metrologiya ilə əlaqəli müxtəlif layihələrin yaradılması, idarə edilməsi və həyata keçirilməsində mühüm rol oynayır.

İşin təsviri:

  • Şirkətin idarəçilik fəaliyyətlərinə və qərarlarına dair dəqiq qeydlər aparılması, onların yenilənməsi və İdarə heyyətinə hesabatların təqdim edilməsi;
  • Portfelə təsir göstərə biləcək bazardakı tendensiyalardan və müştərilərin ehtiyaclarından daim məlumatlı olmaq;
  • Daxili və kənar tərəflərlə şəffaf məlumat mübadiləsinin təminatı üçün bütün lazımi layihə tədbirlərinin təşkil və idarə edilməsi;
  • İdarəçilik proseslərinin yaradılmasına dəstək göstərilməsi, effektivliyin və səmərəliliyin artırması üçün ehtiyac yarandığı hallarda, dəyişikliklərə dair tövsiyələrin verilməsi;
  • Layihələrin idarə edilməsində və icrasında Layihənin idarə olunması üzrə məsul şəxsin layihənin əlaqələndirilməsi, nəzarətdə saxlanması, icrasına dəstək verilməsi və statusu barədə məlumatın yenilənməsi kimi vəzifələrin icrası.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Avtomatika mühəndisliyi, elektrik və elektronik mühəndisliyi, avaisiya mühəndisliyi və ya ətraf mühit mühəndisliyi üzrə bakalavr dərəcəsi;
  • Uyğun sahə üzrə 3 il peşəkar təcrübə;
  • Mükəmməl İngilis dili biliyiı;
  • Mükəmməl ünsiyyət və təqdimat bacarıqları, mürəkkəb anlayışları aydın və qısa şəkildə ifadə etmək bacarığı;
  • Proaktiv düşüncə və tapşırıqları effektiv şəkildə prioritetləşdirmək bacarığı ilə detallara diqqət;
  • Eyni zamanda bir neçə layihəni idarə etmək üçün güclü liderlik və təşkilatçılıq bacarıqları;
  • Həm komanda həm də müstəqil işləmə bacarığı;
  • Türkiyə və Avropa ali təhsilli mütəxəssislərə üstünlük verilir.  

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

  • CV-lər elektron poçt ünvanına göndərilməlidir.
  • Mövzu sətrində “Lahiyə Meneceri” qeyd olunmalıdır.
  • CV-lər 11 fevral  2025-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

  • Daily50
  • Weekly273
  • Monthly301