Vəzifə öhdəlikləri:
- Reklam və PR fəaliyyətlərinin koordinasiyası;
- Həftəlik və aylıq foto/video çəkiliş planlarının hazırlanması və idarəolunması;
- İnfluencer/bloqqerlərlə əməkdaşlığın təşkili və idarəolunması;
- Şirkətin korporativ stili və brandbook-na uyğun dizayn vizuallarının, eskizlərinin yaradılmasına nəzarət;
- Şirkətin sosial media hesabları və saytlarının plana uyğun yenilənməsi və nəzarət edilməsi;
- Şirkətdaxili marketinq məhsullarına (promo, reklam məhsulları və s.) yaranan tələblərə əsasən sifarişləri həyata keçirilməsi;
- Aylıq marketinq hesabatlarının hazırlanması;
- Vəzifə öhdəliyinə əsasən rəhbərlikdən daxil olan tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər:
- Xanım namizədlərə üstünlük veriləcəkdir
- Marketinq, biznes idarəçiliyi və ya oxşar sahədə ali təhsil;
- Səlis Azərbaycan və Rus dili bilikləri.
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
- Yaradıcı, məsuliyyətli, kreativ;
- Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır;
- Kollektivlə işləmə bacarığı;
- Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalıdır.
İş şəraiti:
- Maaş: Razılaşma yolu ilə
- İş təcrübəsi: 2 ildən artıq
- İş rejimi: 5 günlük iş qrafiki
- Saat: 09:00-dan-18:00-dək
Müraciət etmək istəyən namizədlər CV formasını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə “Marketinq üzrə mütəxəssis” qeyd edərək göndərə bilərsiniz.
Ünvan: Ziya Bünyadov pr., Ələsgər Qayıbov 12/22 (Azera Holding)
Yaxınlıqda yerləşən obyektlər: Rich Hotel, Caspian Bussines Hotel, EuroHome
Tikinti materialları bazarı və CONNECT.