Namizədə tələblər:
- Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment ixtisasları üzrə arzuolunandır);
- FMCG və NONFOOD sahəsində marketinq təcrübəsi olmağı üstünlükdür
- Data analiz bacarığı
- Yeni layihələr üzrə marketinq planları hazırlama bacarığı
- Analitik təhlil,strateji düşünmə, statistik,riyazi biliklər və problem həll etmə, idarəetmə bacarığı
- Müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır
- Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalı
- Büdcə və fəaliyyət planı ilə işləmə bacarığı
Vəzifə öhdəlikləri:
- Şirkətin fəaliyyətinə uyğun İstehsalçı və Tədarükçülərlə marketinq strategiyalarının hazırlanması, Marketing kalendarların müəyyən edilməsi
- Partnyorlarla sağlam münasibətin qurulması
- Lazım olan prezentasiyaların və dizaynların hazırlanması
- Brendlər üzrə çeşidlərin analiz edilməsi
- Satışın stimullaşdırılması üçün bir başa satış komandasıyla işin təşkili;
- Endirim və kompaniyaların idarə edilməsi.
- Bayram və xüsusi günlərdə keçirilən endirim aksiyalarının təşkili və idarə edilməsi.
- Məhsul nümayişləri və dequstasiyaların təşkili
- Portfelində mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət nöqtələrində aksiyaların keçirilməsinin planlanması və reallaşdırılması;
- Portfelində mövcud olan məhsullar üzrə aylıq satış planlarını təqib edir, proseslərə uyğun qərarlar alıb, icrasının təmin edilməsi;
- Əməkdaşların mütəmadi olaraq ticarət nöqtələrini ziyarət edərək məhsulların/brendlərin təyin edilmiş şirkət standartları və müqavilə şərtləri, planoqramlar əsasında düzülüşünün yoxlanılması ilə bağlı hesabatların təhlil edilməsi;
- Dövri olaraq qiymət indeksinin analiz nəticələrinə uyğun tədbirlərin görülməsi;
- Məhsul çeşidi əsasında və ötən ayın satış və geri qaytarma, anbar qalığı, büdcə sərfiyyatı nəticələrinin təhlil edilməsi;
- Məhsul portfelinə uyğun qiymət strategiyalarının təhlil edilməsi və müvafiq hesabatlara uyğun planın hazırlanması;
- Reklam materiallarının sifariş olunması və ərazidə düzgün yerləşdirilməsinə nəzarət edilməsi;
- Portfelinə daxil olan məhsulların ticarət nöqtələrində tətbiq edilən şirkət standartlarında (checklist) hər hansı dəyişiklik nəzərdə tutulduqda satış komandasını müvafiq məlumatlarla tanış olunmasının təmin edilməsi;
- Hesabatların hazırlanması
İş şəraiti:
- Maaş: Razılaşma yolu ilə
- İş təcrübəsi: 2 ildən artıq
- İş rejimi: 5 günlük iş qrafiki
- Saat: 09:00-dan-18:00-dək
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilərlər.