Komandamıza bizimlə birlikdə möhtəşəm layihələrə imza atacaq təcrübəli (Mid/Senior) Kopirayter axtarırıq.
Tələblər:
- Kopirayter kimi 3-4 illik agentlik təcrübəsi;
- Sİ alətləri ilə effektiv və “insanbeyinli” işləmək bacarığı;
- Azərbaycan dilini hər mövzuda yaza biləcək səviyyədə, ingilis dilini isə araşdırma və təqdimat etmək dərəcədə bilməli;
- Kommunikasiyanın təməl prinsiplərinə bələd olmalı;
- “Out of box” düşüncə qabiliyyətinə malik olmalı və portfoliosunda bu cür işlərin mövcudluğu;
- Böyük brendlər və qlobal markalar ilə işləmək məsuliyyətini anlamalı.
Vəzifə öhdəlikləri
- Yerli və qlobal markalar üçün kreativ konseptlərin hazırlanması;
- Bütün kommunikasiya məcraları üçün (TV və radio, digital, SM, outdoor, radio) mətnlərin yazılması;
- SM üçün kontentin hazırlanması və kopirayterlərə istiqamətin verilməsi;
- Rəqəmsal kampaniyalar üçün kreativ ideyaların verilməsi;
- Təqdimatların hazırlanması və müştərilərə ideyaların çatdırılması.
Vəd edirik:
- Qlobal markalar ilə iş təcrübəsi;
- Təcrübə və bacarıq ilə uzlaşan, bazar rəqabətli əməkhaqqı;
- Geyimdən fikirlərə qədər sərbəstliyin olduğu mühit;
- Şəhərin mərkəzində maraqlı işlərə ilhamlandıran ofis.
Əgər axtardığımız kopirayterin sən olduğunu düşünürsənsə, portfolio və CV-ni “Kopirayter” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər.
Portfoliosuz CV-lərə baxılmır.